• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məhkəmə qərarları, təzminat öhdəlikləri

  • 09 İyun 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Avropa İnsan Hüquqları Məhkəməsi iyunun 9-da Azərbaycan qərarları elan edib. Aihmaz.org xəbər verir ki, Adil Dadaşov və Tural Hacıbəylinin Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğu qənaətinə gələn məhkəmənin qərarına əsasən, dövlət onların hər birinə 4000 avro, Tural Hacıbəylinin hüquqi təmsilçisinə 500 avro təzminat ödəməlidir.

Adil Dadaşovu 2009-cu ildə Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tutub, o, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda günahkar bilinərək 3 sutka inzibati həbs cəzası alıb. Tural Hacıbəyli də eyni ittihamla cəzalandırılıb.

Həsənəli Əliyev, Rüxsarə Əliyeva, Anar Əliyev, Emin Əliyev və Rəmzi Əliyev hərbi xidmətdə olarkən dövlətin verdiyi mənzildən çıxarılmalarını qanunsuz sayaraq Avropa Məhkəməsinə üz tutublar. Məhkəmə ərizəçilərin şəxsi həyata hörmət hüququna müdaxilənin baş verdiyi qənaətinə gəlib, dövlətin onlara ümumilikdə 7094 avro təzminat ödəməsinə qərar verib.

Məhkəməyə qədər həbsin qanunsuzluğu iddiası qaldıran Cümşüd Bayramovla anlaşan dövlət ona 3500 avro təzminat ödəməyə boyun olub.

Müsavat Partiyasının üzvü Əlikram Xurşidov da məhkəməyə qədər həbsin qanunsuzluğu iddiası ilə şikayət verib, dövlət ona 3500 avro təzminat ödəməyə razılaşıb.

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.

Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.

FİFA Ekvadoru dünya çempionatından qovur?

  • 09 İyun 2022
  • comments

Arif Hacılının Türkiyə səfərindən

  • 09 İyun 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda