Energetika Nazirliyinin 9 iyun məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 130,02 dollara satılır. Bu, büdcədə nəzərdə tutulandan 80,02 dollar yuxarı qiymətdir.
2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20, marta 102,30, aprelə 112,33, maya 110,70, iyuna 127,48 dollarla başlayıb.
Gündəlik xam neft hasilatı yanvarda 580,9 min barrel, fevralda 566,3 min barrel, martda 579,4 min barrel, apreldə 579,1 min barrel olub.
İri neft ixracatçılarını birləşdirən beynəlxalq koalisiya iyun üçün gündəlik hasilat normasını 695 min barrel, iyul üçün 706 min barrel müəyyən edib.