Türkiyəyə səfər edən Müsavat Partiyasının başqanı Arif Hacılı iyunun 6-sı Ankarada Azərbaycan Kültür Dərnəyinə baş çəkib, qurumun rəhbərləri ilə birgə “Əsri” qəbiristanlığına gedərək Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib.
İyunun 7-də Arif Hacılı Məmləkət Partiyasının lideri Məhərrəm İncə, Gələcək Partiyasının lideri Əhməd Davudoğlu, Demokrat Partiyasının lideri Gültəkin Uysal, Səadət Partiyasının lideri Təməl Qaramollaoğlu, Yaxşı Partiya başqanının müavini, millət vəkili Rizvan İz ilə görüşlər keçirib.