Novator.az Azərbaycanın diplomatik əlaqələr xronikasına nəzər salıb.
Azərbaycanın dövlət müstəqilliyi 1991-ci il avqustun 30-da bərpa edilib, oktyabrın 18-də müstəqillik aktı qəbul olunub, dekabrın 29-da həmin akt referendumla təsdiqlənib.
Diplomatik əlaqələrin qurulması 1992-ci ildə başlayıb. Xarici İşlər Nazirliyi diplomatik əlaqələrin həmin il qurulduğu ölkələri belə sıralayır: Türkiyə, İsveçrə, Lixtenşteyn, Şimali Koreya, Ukrayna, Meksika, İspaniya, Almaniya, Avstriya, Fransa, Polşa, Səudiyyə Ərəbistanı, Yəmən, Banqladeş, ABŞ, Hindistan, Böyük Britaniya, Qvineya, Nigeriya, İran, Liviya, Cənubi Koreya, Finlandiya, Misir, Kuba, Filippin, Suriya, İraq, Niderland, Çin, Yunanıstan, Danimarka, Rusiya, İsrail, Fələstin, Monqolustan, Estoniya, Macarıstan, Cənubi Afrika Respublikası, İtaliya, İsveç, Vatikan, Moldova, Tacikistan, Lüksemburq, Bolqarıstan, Norveç, Türkmənistan, Pakistan, Rumıniya, Belçika, Avstraliya, Yeni Zelandiya, Tailand, Kanada, Oman, Sudan, Portuqaliya, Mərakeş, Qvineya-Bisau, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Yaponiya, Qana, Livan, Vyetnam, İndoneziya, Efiopiya, Gürcüstan.
1993-cü ildə bu ölkələrlə diplomatik əlaqələr yaranıb: Qırğızıstan, Çexiya, İordaniya, Malayziya, Madaqaskar, Belarus, Albaniya, Braziliya, Argentina, Zambiya, Slovakiya.
Latviya, Əlcəzair, Sinqapur, Komor adaları, Qətər, Küveyt, Mavritaniya, Qvatemala, Seyşel adaları, Çili, Qambiya, Əfqanıstan, Nikaraqua, Anqola, Kolumbiya, Maldiv, Honduras, Kamboca ilə diplomatik əlaqələrin siftəsi 1994-cü ilə düşür.
Malta, Qayana, Uruqvay, Xorvatiya, Bosniya və Herseqovina, Kamerun, Nepal, Burundi, Syerra-Leone, Sent Kits və Nevis, Antiqua və Barbuda, Panama, Venesuela, Laos, Mozambik, Şimali Makedoniya, Uqanda, Özbəkistan, Niger, Yamayka, Bruney, Litva ilə diplomatik əlaqələrin tarixi 1995-ci ilə bağlıdır.
Sonrakı illər üzrə rəsmi bilgi belədir:
1996 – Sloveniya, Seneqal, Andorra, Şri-Lanka, Liberiya, Peru, İrlandiya, Boliviya, Mavriki, Qabon, Cibuti, Bəhreyn, Kot d’İvuar, Mali;
1997 – Kosta Rika, Serbiya;
1998 – İslandiya, Tunis;
1999 – Salvador, Myanma, Benin;
2000 – Surinam;
2002 – San Marino, Beliz;
2003 – Haiti, Sent Vinsent və Qrenadin;
2004 – Ekvador, Somali, Kabo Verde, Çad, Timor-Leste, Paraqvay, Eritreya, Malavi, Burkina-Faso, Ruanda, Keniya, Ekvatorial Qvineya, Nauru;
2007 – Dominikan Respublikası, Monako;
2008 – Monteneqro, Zimbabve;
2009 – Tuvalu;
2010 – Esvatini, Marşal adaları, Santa Lusiya, Fici, Qrenada, Toqo;
2011 – Solomon adaları, Dominika, Trinidad və Tobaqo, Konqo Demokratik Respublikası;
2012 – Lesoto, Cənubi Sudan;
2013 – Butan;
2017 – Baham adaları, Vanuatu;
2018 – Samoa, Palau, San-Tome və Prinsipi;
2019 – Tanzaniya, Barbados, Namibiya.