• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əli Əliyev tələbi, yeni aksiya

  • 08 İyun 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Vətəndaş və İnkişaf Partiyası (VİP) bəyanat yayıb. Bəyanatda partiyanın məhbus sədri Əli Əliyevin iyunun 7-dən aclıq aksiyasına başladığı xatırladılır: “Əli Əliyev pozulmuş hüquqlarının bərpası üçün radikal və sağlamlığına zərbə vuran addım atmaq məcburiyyətində qalıb. Vətəndaş və İnkişaf Partiyası hakimiyyətin Əli Əliyevə qarşı süni “hüquq” müstəvisində təzyiqlərini qətiyyətlə pisləyərək basqılara son qoyulmasını, VİP lideri əleyhinə başladılan saxta prosesin təcili dayandırılmasını və onun azadlığa buraxılmasını tələb edir. Əli Əliyevin səhhətində yaranacaq problemlərə və mümkün arzuedilməz nəticələrə görə məsuliyyət birmənalı şəkildə hakimiyyətin üzərində olacaq”.

“Turan”ın 8 iyun məlumatına görə, VİP-in üzvləri Zaur Qasımov və Zeynal Abdullayev partiyanın Bakıdakı mərkəzi qərargahında aclığa başlayaraq Əli Əliyevin azadlığa buraxılması tələbi qoyublar.

Bakı İstintaq Təcridxanasında saxlanan Əli Əliyev bu il yanvarın 13-dən həbsdədir.

2021-ci il noyabrın 30-u Xızı rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi vertolyotu qəzaya uğrayıb, 14 nəfər həlak olub, polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov xəsarətlər alıb. Əli Əliyev internetdə yayılan bir müsahibəsində Emil Cəfərov və Ramin Ədilovun qəzaya uğramış vertolyotda olmadıqları iddiasını irəli sürüb. Hərbçilər bu iddianı şərəf və ləyaqətlərinin alçaldılması, nüfuzlarına zərbə sayaraq məhkəməyə üz tutublar. Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayətlərdə siyasətçinin böhtana (yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yayma) görə məsuliyyətə cəlb olunması istənib.

Əli Əliyev Yasamal Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il hökmü ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm Emil Cəfərovun şikayəti əsasında çıxarılıb.

Aprelin 15-də Yasamal Rayon Məhkəməsi Ramin Ədilovun şikayəti üzrə prosesi bitirib. Siyasətçiyə əvvəlki hökm nəzərə alınmaqla qəti olaraq 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.

Bakı Apellyasiya Məhkəməsi hökmləri qüvvədə saxlayıb.

Yasamal Rayon Məhkəməsinin icraatında Əli Əliyevdən başqa şikayət də var. Yeni Azərbaycan Partiyasının sabiq üzvü, qurumun Binəqədi rayon təşkilatına sədrlik etmiş Ramiz Göyüşov məhkəməyə xüsusi ittiham qaydasında müraciətində siyasətçinin onun şəxsiyyətini alçaldan ifadə işlətdiyi iddiasını irəli sürüb, təhqirə görə məsuliyyətə cəlb olunmasını istəyib.

Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılması cərimə, ictimai işlər, islah işləri və 6 ayadək müddətə azadlıqdan məhrumetmə kimi cəzalar nəzərdə tutur.

Vətəndaş və İnkişaf Partiyası 2007-ci ildə dövlət qeydiyyatına alınıb.

1967-ci il təvəllüdlü Əli Əliyev biologiya elmləri namizədidir. 1989-cu ildən siyasi fəaliyyətlə məşğuldur. Azərbaycan Xalq Cəbhəsinin üzvü, Azərbaycan Milli İstiqlal Partiyasının liderlərindən olub.

Əli Əliyev həbs olundu

Əli Əliyevə azadlıq tələbləri

Əli Əliyev: cəmiyyətə və hakimiyyətə çağırış var

Əli Əliyev həbsdə qaldı

Əli Əliyev: ikinci məhkəmə uzanır

Əli Əliyevə yeni hökm oxundu

Əli Əliyev: yeni şikayətdə nə istənir?

Əli Əliyevin işi apellyasiya çəkişməsində

Əli Əliyev: hökm dəyişmədi

Əli Əliyevə yeni cəza gəlir?

Əli Əliyevin üçüncü məhkəməsi

Əli Əliyev aclığa başlayıb

Dalandan çıxış

  • 08 İyun 2022
  • comments

Taleh Bağırovla başlayan aclıq böyüyür

  • 08 İyun 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda