Rəsmi statistikaya görə, 2022-ci il aprelin 1-nə Azərbaycanda 146430 nəfərə ünvanlı dövlət sosial yardımı təyin edilib, bir nəfərə düşən yardımın məbləği 67,96 manat olub. Novator.az bildirir ki, bəzi bölgələrdə daha yüksək məbləğ qeydə alınıb:
Biləsuvar – bir nəfərə düşən yardımın məbləği 74,88 manat
Daşkəsən – 72,65 manat
Qəbələ – 72,64 manat
Sumqayıt – 71,94 manat
Xızı – 71,64 manat
Salyan – 71,61 manat
Qobustan – 71,48 manat
Balakən – 71,46 manat
Göyçay – 71,14 manat
Ağstafa – 71,11 manat
Şəmkir – 70,96 manat
Şabran – 70,94 manat
Neftçala – 70,71 manat
Samux – 70,66 manat
Abşeron rayonu – 70,56 manat
Oğuz, Tovuz – 70,09 manat
Xaçmaz – 70,05 manat
İsmayıllı – 69,99 manat
Siyəzən – 69,90 manat
Göygöl – 69,53 manat
Bakı – 69,45 manat
Hacıqabul – 69,44 manat
Şamaxı – 69,43 manat
Şirvan şəhəri – 69,28 manat
Zaqatala – 69,25 manat
Gəncə – 69,16 manat
Qubadlı 69,06 manat
Ağsu – 69,03 manat
Beyləqan – 68,72 manat
Bərdə – 68,68 manat
Qax – 68,67 manat
Quba – 68,64 manat
Lerik – 68,29 manat
Kürdəmir – 68,18 manat
Cəlilabad – 68,11 manat
Zərdab – 67,98 manat.
2022-ci ildə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiqlənib.
“Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna əsasən, sosial yardım orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə qərarı ilə itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələrə verilir.