• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Həbs yerlərindən aksiya sorağı

  • 07 İyun 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Qobustan həbsxanasında aclıq aksiyası keçirən Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırovun xanımı Leyla İsmayılzadə iyunun 7-də “Turan”a danışıb.

Taleh Bağırov iyunun 3-dən aclıq aksiyası keçirir. O, mayın 20-də tutularaq az müddət Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanmış Müsəlman Birliyi Hərəkatının üzvləri Mail Kərimov və Süleyman Ələkbərovun işgəncəyə məruz qaldığını, bu zaman hətta Allaha küfr edildiyini bildirir, belə əməllərə yol verən şəxslərin cəzalandırılmasını tələb edir.

1984-cü il təvəllüdlü Taleh Bağırov 2011-2012 və 2013-2015-ci illərdə həbsdə olub.

O, 2015-ci ilin noyabrında yenidən tutulub, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, şəriət qanunları ilə idarə edilən dini dövlət qurmaq məqsədilə silahlanaraq hakimiyyət nümayəndələrinə qarşı terror aktları törətməyi planlaşdırmaqda təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilib, sonradan həbs yerində qadağan olunmuş əşyaların saxlanması, gəzdirilməsi, daşınması və istifadəsində təqsirli bilinərək daha beş ay müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.

Taleh Bağırovun xanımı Leyla İsmayılzadə “Turan”a deyib ki, iyunun 6-da yoldaşı ilə telefon əlaqəsi saxlayıb. “Ancaq su içir. Səhhətinin normal olduğunu dedi, lakin səsində gərginlik vardı. Həbsxana administrasiyası israrla aksiyanın dayandırılmasını tələb edir, ancaq Taleh razılaşmır. Aclıq aksiyasına baxmayaraq onu təcrid etməyiblər, adi kamerada qalır”.

“Turan” bildirir ki, Taleh Bağırova bir neçə məhbus da dəstək verir. Müsəlman Birliyi Hərəkatının fəalı Abbas Hüseynovun Qobustan həbsxanasında, qurumun başqa üzvü Cabbar Cabbarovun və jurnalist Polad Aslanovun 1 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası keçirdikləri xəbər verilir.

7 iyun qiyməti

  • 07 İyun 2022
  • comments

Rusiya yıxılıb. Amma bu hələ son deyil – “Ny...

  • 07 İyun 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0

Tags

  • Din
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda