2022-ci il aprelin 1-nə Azərbaycan paytaxtında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 1040,9 manat olub. Hesabatı Bakı Şəhər Statistika İdarəsi yayıb.
Rəsmi məlumata görə, yanvar-aprel aylarında Bakının sənaye sektorunda 23,7 milyard manatlıq istehsal və xidmət qeydə alınıb.
Ticarət dövriyyəsinin həcminin 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 5,4 faiz, ictimai iaşə dövriyyəsinin həcminin real ifadədə 89,8 faiz, ödənişli xidmətlərin dəyərinin real ifadədə 6,9 faiz artdığı vurğulanır.