• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni sanksiya Rusiyanı nə qədər vurar?

  • 01 İyun 2022
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Avropa İttifaqına üzv 27 ölkənin dövlət və hökumət başçıları mayın 31-də Rusiyaya yeni sanksiyaları razılaşdırıb. Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli bununla bağlı şərhində yazır ki, Avropa İttifaqı Rusiyanın neft və qazından imtina yolu tutur: “İttifaq ölkələri Rusiyadan neft və neft məhsulları almağı əvvəlcə 75 faiz, ilin sonuna qədər isə 90 faiz dayandıracaq. Rusiyadan idxal olunan təbii qazın üçdə ikisindən bu ilin sonunadək, qalan üçdə bir hissədən sonrakı illərdə imtina nəzərdə tutulur.

Valyuta ehtiyatları dondurulan, bank sistemi başda olmaqla iqtisadiyyatı sanksiyalarla iflic edilən Rusiya üçün neft-qaz gəlirləri son ümid yeridir. 2021-ci ildə Rusiya xaricə neft satışından 110 milyard, neft məhsulları satışından 70 milyard, qaz satışından 55 milyard dollar götürüb. Bu il neft və qaz bahalaşıb və Rusiyanın gəlirləri də artıb. Rusiya Ukrayna ilə müharibənin ilk iki ayında 63 milyard dollarlıq neft ixrac edib, bunun da 44 milyard dollarlıq hissəsi Avropa İttifaqı ölkələrinə satılıb. Avropa İttifaqının Rusiyadan neft idxalını ilkin mərhələdə 75 faiz azaltması hazırkı qiymətlərlə Rusiyanın gündə yarım milyard dollar ətrafında neft gəlirindən məhrum olması deməkdir.

Savaşın ilk günlərində Rusiyanın müharibə xərcləri gündəlik 900 milyon dollar ətrafında qiymətləndirilirdi. Son vaxtlar Rusiya döyüşlərdə intensivliyi aşağı salmaqla gündəlik müharibə xərclərini 500-600 milyon dollara endirə bilib. Bu o deməkdir ki, Rusiyaya qarşı neft sanksiyası ölkə büdcəsinə gündəlik müharibə xərcləri qədər əlavə zərər vuracaq.

Rusiya savaşı davam etdirəcəyi təqdirdə bu ilin sonlarına bütün valyuta ehtiyatlarını istifadə etməyə məcbur ola bilər. Büdcə böhranı da qaçılmazdır. Rusiyada dövlət büdcəsi gəlirlərinin 50 faizə qədəri neft və qaz gəlirlərindən formalaşır. Büdcə gəlirlərinin ciddi şəkildə azalması Rusiyada sosial böhranı dərinləşdirər, Rusiya ordusunun təchizatında ciddi problemlər yaradar, yeni, müasir silahların kütləvi istehsalını sual altına salar”.

İqtisadçı, Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli şərhində qeyd edir ki, 2021-ci ildə Rusiyadan hər gün ortalama 4,8 milyon barrel neft ixrac olunub, bunun 2,3 milyon barrelı Avropaya göndərilib: “Keçən il Rusiyanın sırf Avropa satdığı neftdən gəliri 57,1 milyard dollar olub. Avropa İttifaqı ölkələrinin Rusiyadan neft almağı azaltması hələ Rusiyanın neft gəlirlərinin azalması demək deyil. 2021-сi ildə “Urals” markalı Rusiya neftinin illik orta qiyməti 69,1 dollar olub. 2022-ci ilin yanvar-may aylarının orta qiyməti 105 dollar ətrafında qərar tutub, ilin orta qiymətinin 115 dollar olacağı proqnoz edilir. Tutalım, Avropa bu il Rusiyadan neft almağı gündə 2,3 milyon barreldən 1,3 milyon barrelə saldı, nəticədə Rusiya bu il Avropaya satdığı neftdən 53,8 milyard dollar əldə etdi. Nə dəyişir ki?

Çıxış yolu neftin ucuzlaşmasıdır. Amma yeni enerji keçidinin lobbistləri baha neftdə maraqlıdır – bu, alternativ enerjiyə yatırımları stimullaşdırır. Neft ucuz olsa, heç bir biznes məntiqi maya dəyəri baha olan alternativ enerjiyə yatırım etməz, məhz buna görə neft hələ bir neçə il baha olmalıdır”.

2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq hər iki ərazidə separatçı rejimlər qurub.

2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk vilayətlərində qurulmuş rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır.

Fevralın 22-dən başlayaraq dünya birliyi Rusiyaya sanksiyalar tətbiq edir.

İyunun siftə qiyməti, hasilat norması

  • 01 İyun 2022
  • comments

Bahalıqdan iki çıxış

  • 01 İyun 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0

Tags

  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda