Mərkəzi Bank valyuta ehtiyatı hesabatı yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, iyunun 1-nə ehtiyatın həcmi 7 milyard 230,7 milyon dollardır.
2022-ci il 7 milyard 75,4 milyon dollarla başlamışdı.
İyunun 1-nə pul bazası 14 milyard 883,6 milyon manat göstərilir.
2022-ci il 17 milyard 937,6 milyon manatla start götürmüşdü.
Pul bazasına dövriyyədəki pul vəsaitləri, habelə kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarında vəsaitləri daxildir.