Dövlət Neft Fondu Mərkəzi Bankın 2022-ci ilin may ayında keçirdiyi valyuta hərraclarında 288 milyon ABŞ dolları məbləğində vəsait satıb. Rəsmi hesabat iyunun 1-də yayılıb.
Novator.az bildirir ki, beş ayın ümumi göstəricisi 2 milyard 461,1 milyon dollardır. Yanvarda fonddan 727 milyon, fevralda 371,2 milyon, martda 526,2 milyon, apreldə 548,7 milyon dollar alınıb.
2015-2016-cı illərdə ABŞ dollarının rəsmi kursu 0,7844 manatdan 1,7707 manata yüksəlib. 2017-ci ili 1,7001 manatla yola salan dolları Mərkəzi Bank 2018-ci il martın 7-dən 1,7 manata təklif edir.
Manatın sabitliyi valyuta hərraclarında qorunur. Dövlət Neft Fondu 2016-cı ilin hərraclarında 4,9 milyard, 2017-ci ilin hərraclarında 3,6 milyard, 2018-ci ilin hərraclarında 6,5 milyard, 2019-cu ilin hərraclarında 6,6 milyard, 2020-ci ilin hərraclarında 7,3 milyard, 2021-ci ilin hərraclarında 6,7 milyard dollar sərf edib.