• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avropa biletli bütün komandalar

  • 01 İyun 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

UEFA-nın 2022-2023 mövsümünə bilet almış bütün klub komandaları bəllidir. Novator.az-ın məlumatına görə, 54 UEFA üzvünün (Rusiya yarışlardan kənardır) ümumilikdə 233 komandasının 78-i Çempionlar Liqasında, 21-i Avropa Liqasında, 134-ü Konfrans Liqasında yer alır. Çempionlar Liqasının ilkin, birinci mərhələlərində ələnən komandalar Konfrans Liqasına, ikinci, üçüncü, dördüncü mərhələlərində ələnən, qruplarında üçüncü yeri tutan komandalar Avropa Liqasına köçür, Avropa Liqasının birinci və ikinci mərhələlərində ələnən, qruplarında üçüncü yeri tutan komandalar Konfrans Liqasına adlayır.

Almaniya marafona 8, İngiltərə, İspaniya, İtaliya 7, Fransa, Portuqaliya 6, Niderland, Belçika, Avstriya, Şotlandiya, Ukrayna, Türkiyə, Danimarka, Kipr 5 komanda ilə çıxır.

Serbiya, Çexiya, Xorvatiya, İsveçrə, Yunanıstan, İsrail, Norveç, İsveç, Bolqarıstan, Rumıniya, Azərbaycan, Qazaxıstan, Macarıstan, Belarus, Polşa, Sloveniya, Slovakiya, Litva, Lüksemburq, Bosniya, İrlandiya, Şimali Makedoniya, Ermənistan, Latviya, Albaniya, Şimali İrlandiya, Gürcüstan, Finlandiya, Moldova, Malta, Farer adaları, Kosovo, Cəbəllütariq, Monteneqro 4, Uels, İslandiya, Estoniya, Andorra, San Marino 3 bilet alır.

Lixtenşteyn 1 komanda ilə (Konfrans Liqasında) yarışacaq.

Azərbaycan Avropa Liqasında təmsil olunmur.

Çempionlar Liqasındakı təmsilçi “Qarabağ” mübarizəyə birinci mərhələdə (5-13 iyul) qoşulur. Mümkün rəqiblər bunlardır: “Linfild” (Şimali İrlandiya), “Zrinski” (Bosniya), “Şaxtyor” (Belarus), “Sutyeska” (Monteneqro), “Klaksvik” (Farer adaları), “Lex” (Polşa), “Hibernians” (Malta), “Tobol” (Qazaxıstan), “Şkupi” (Şimali Makedoniya), RFS (Latviya), “Dinamo” (Batumi, Gürcüstan), “Tirana” (Albaniya), “Balkani” (Kosovo).

İlkin təsnifat mərhələsinin (21-24 iyun) iştirakçıları da potensial rəqiblər sayılır: Estoniyadan “Levadiya”, San Marinodan “La Fiorita”, Andorradan “İnter”, İslandiyadan “Vikinqur”.

İkinci mərhələdə (19-27 iyul) Azərbaycan təmsilçisinə “Makkabi” (Hayfa, İsrail), “Sürix” (İsveçrə), üçüncü mərhələdə (2-9 avqust) “Apollon” (Kipr), dördüncü mərhələdə (16-24 avqust) “Kopenhagen” (Danimarka) komandaları qismət ola bilər.

Turnirin qrup mərhələsi sentyabrın 6-da başlayıb noyabrın 2-də bitəcək.

Konfrans Liqasındakı təmsilçilər “Neftçi”, “Zirə” və “Qəbələ”dir. Birinci mərhələ 7-14 iyula, ikinci mərhələ 21-28 iyula, üçüncü mərhələ 4-11 avqusta, dördüncü mərhələ 18-25 avqusta, qrup mərhələsi 8 sentyabr-3 noyabra təyin olunub.

Azərbaycan komandaları turnirə ikinci mərhələdə qoşulur. “Neftçi”yə həmin raundda Norveçdən “Vikinq”, “Lilleström”, Danimarkadan “Viborq”, Türkiyədən “Konyaspor”, Kiprdən “Aris”, İsveçdən AİK, “Elfsborq”, “Yurqorden”, İsraildən “Makkabi” (Netanya), Bolqarıstandan “Levski”, “Botev”, Rumıniyadan “Sepsi”, Macarıstandan “Kişvarda”, “Puşkaş Akademiya”, Polşadan “Rakov”, Qazaxıstandan “Qızıljar”, Sloveniyadan “Koper”, Belarusdan “Qomel”, Bosniyadan “Velej”, Latviyadan “Valmeyras”, Lüksemburqdan “Rasinq Union”, İrlandiyadan “Sent-Patriks Atletik”, Albaniyadan “Vlajniya”, Şimali Makedoniyadan “Makedoniya” rəqib ola bilər.

“Zirə” və “Qəbələ”nin mümkün rəqibləri sırasında İsveçrədən “Bazel”, “Yanq Boyz”, Çexiyadan “Slaviya”, “Sparta”, Niderlanddan “Alkmaar”, Yunanıstandan PAOK, “Aris”, Türkiyədən “Başakşəhər”, İsraildən “Makkabi” (Tel-Əviv), “Hapoel” (Beer-Şeva), Qazaxıstandan “Astana”, “Kayrat”, Norveçdən “Molde”, Kiprdən APOEL, Rumıniyadan “Styaua”, “Universitatya”, Belarusdan BATE, Avstriyadan “Rapid”, Xorvatiyadan “Riyeka”, “Osiyek”, Belçikadan “Antverpen”, Macarıstandan “Fehervar”, Portuqaliyadan “Gimarayeş”, Bolqarıstandan SSKA, Litvadan “Suduva”, Danimarkadan “Brondbü”, Slovakiyadan “Spartak”, Şotlandiyadan “Motervell”, Serbiyadan “Çukariçki”, “Radniçki”, Lixtenşteyndən “Vaduts”, Ukraynadan “Vorskla” var.

Üçüncü mərhələnin potensial rəqibləri siyahısında “Zarya” (Ukrayna), “Anderlext” (Belçika), “Volfsberq” (Avstriya), “Jil Visente” (Portuqaliya), “Tvente” (Niderland), dördüncü mərhələnin mümkün rəqibləri siyahısında “Fiorentina” (İtaliya), “Vilyarreal” (İspaniya), “Vest Hem” (İngiltərə) komandaları yer alır.

İyunda hava

  • 31 May 2022
  • comments

İyunun siftə qiyməti, hasilat norması

  • 01 İyun 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda