Novator.az 2022-2023 mövsümündə UEFA-nın klub turnirlərində oynayacaq Azərbaycan komandalarının potensial rəqiblərinin siyahısına nəzər salıb.
Çempionlar Liqasındakı təmsilçi “Qarabağ” mübarizəyə birinci mərhələdə (5-13 iyul) qoşulur. Mümkün rəqiblər bunlardır: “Linfild” (Şimali İrlandiya), “Zrinski” (Bosniya), “Şaxtyor” (Belarus), “Sutyeska” (Monteneqro), “Klaksvik” (Farer adaları), “Lex” (Polşa), “Hibernians” (Malta), “Tobol” (Qazaxıstan), “Şkupi” (Şimali Makedoniya), RFS (Latviya), “Dinamo” (Batumi, Gürcüstan), “Tirana” (Albaniya), “Balkani” (Kosovo).
İlkin təsnifat mərhələsinin (21-24 iyun) iştirakçıları da potensial rəqiblər sayılır: Estoniyadan “Levadiya”, San Marinodan “La Fiorita”, Andorradan “İnter”, İslandiyadan “Vikinqur”.
İkinci mərhələdə (19-27 iyul) Azərbaycan təmsilçisinə “Makkabi” (Hayfa, İsrail), “Sürix” (İsveçrə), üçüncü mərhələdə (2-9 avqust) “Apollon” (Kipr), dördüncü mərhələdə (16-24 avqust) “Kopenhagen” (Danimarka) komandaları qismət ola bilər.
Turnirin qrup mərhələsi sentyabrın 6-da başlayıb noyabrın 2-də bitəcək.
İlkin, birinci mərhələlərdə ələnən komandalar Konfrans Liqasına, ikinci, üçüncü, dördüncü mərhələlərdə ələnən, qruplarda üçüncü yeri tutan komandalar Avropa Liqasına köç edəcək.
Konfrans Liqasındakı təmsilçilər “Neftçi”, “Zirə” və “Qəbələ”dir. Birinci mərhələ 7-14 iyula, ikinci mərhələ 21-28 iyula, üçüncü mərhələ 4-11 avqusta, dördüncü mərhələ 18-25 avqusta, qrup mərhələsi 8 sentyabr-3 noyabra təyin olunub.
Azərbaycan komandaları turnirə ikinci mərhələdə qoşulur. “Neftçi”yə həmin raundda Türkiyədən “Konyaspor”, Kiprdən “Aris”, İsveçdən AİK, “Elfsborq”, “Yurqorden”, İsraildən “Makkabi” (Netanya), Bolqarıstandan “Levski”, Rumıniyadan “Sepsi”, Macarıstandan “Kişvarda”, “Puşkaş Akademiya”, Polşadan “Rakov”, Qazaxıstandan “Qızıljar”, Sloveniyadan “Koper”, Belarusdan “Qomel”, Bosniyadan “Velej”, Latviyadan “Valmeyras”, İrlandiyadan “Sent-Patriks Atletik”, Şimali Makedoniyadan “Makedoniya” rəqib ola bilər.
“Zirə” və “Qəbələ”nin mümkün rəqibləri sırasında İsveçrədən “Bazel”, “Yanq Boyz”, Çexiyadan “Slaviya”, “Sparta”, Yunanıstandan PAOK, “Aris”, Türkiyədən “Başakşəhər”, İsraildən “Makkabi” (Tel-Əviv), “Hapoel” (Beer-Şeva), Qazaxıstandan “Astana”, “Kayrat”, Norveçdən “Molde”, Kiprdən APOEL, Rumıniyadan “Styaua”, Belarusdan BATE, Xorvatiyadan “Riyeka”, “Osiyek”, Belçikadan “Antverpen”, Macarıstandan “Fehervar”, Portuqaliyadan “Gimarayeş”, Bolqarıstandan SSKA, Litvadan “Suduva”, Danimarkadan “Brondbü”, Slovakiyadan “Spartak”, Şotlandiyadan “Motervell”, Serbiyadan “Çukariçki”, “Radniçki”, Lixtenşteyndən “Vaduts”, Ukraynadan “Vorskla” var.
Üçüncü mərhələnin potensial rəqibləri siyahısında “Zarya” (Ukrayna), “Anderlext” (Belçika), “Volfsberq” (Avstriya), “Jil Visente” (Portuqaliya), “Tvente” (Niderland), dördüncü mərhələnin mümkün rəqibləri siyahısında “Fiorentina” (İtaliya), “Köln” (Almaniya), “Vilyarreal” (İspaniya), “Vest Hem” (İngiltərə), “Nitsa” (Fransa) komandaları yer alır.