Dövlət Statistika Komitəsi 2022-ci il aprelin 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqını 809 manat göstərib. Novator.az bildirir ki, ən yüksək orta maaş Bakıda qeydə alınıb: 1040,9 manat.
Daşkəsəndə orta maaş 799,9, Gədəbəydə 723,8, Sumqayıtda 707,4, Qubadlıda 667,7, Şirvan şəhərində 665, Sədərəkdə 660,5, Şuşada 660, Zəngilanda 637,1, Siyəzəndə 617,9, Xocavənddə 617,5, Abşeron rayonunda 605,9, Xocalıda və Naxçıvan şəhərində 604,2 manat məbləğində rəsmiləşib.
Bu bölgələrdə orta maaş 500 manatdan azdır:
Ağstafa – 498,8 manat
Saatlı – 495,2
Beyləqan – 492,3
Ağcabədi – 489,8
Kürdəmir – 489,4
Sabirabad – 488,7
Ağdaş – 480,4
Balakən rayonu – 475,4
Xızı – 467,1
Zaqatala – 464
Qax – 443,8.
Ölkədə minimum aylıq əməkhaqqı 300 manatdır.