Məhbus dövlət xadimi Eldar Həsənov Ali Məhkəməyə şikayət verib. Mayın 20-də Novator.az-a danışan vəkil Valeh Mehralıyev deyib ki, şikayətdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün və Bakı Apellyasiya Məhkəməsinin həmin hökmü qüvvədə saxlayan qərarının ləğvi, Eldar Həsənovun bəraətlə azadlığa buraxılması istənir.
İş hakim İlkin Rəcəbovun icraatındadır. İlkin Rəcəbov Abşeron Rayon Məhkəməsinin hakimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi, Ədliyyə Nazirliyinin Avropa İnsan Hüquqları Məhkəməsində nümayəndəsi, Bakı İnzibati Məhkəməsinin hakimi olub. 2021-ci ildən Ali Məhkəmənin hakimidir.
1955-ci il təvəllüdlü Eldar Həsənov general-leytenant, fövqəladə və səlahiyyətli səfir, hüquq elmləri doktoru, professordur. “İgidliyə görə” medalı, “Azərbaycan Bayrağı” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunub.
2020-ci il avqustun 13-də həbs edilən Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə maliyyə pozuntularına yol verməkdə təqsirli bilinib. İbtidai istintaqı əvvəlcə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsi, sonra Baş Prokurorluğun İstintaq İdarəsi aparıb.
Bakı Ağır Cinayətlər Məhkəməsi 2022-ci il yanvarın 21-də Eldar Həsənova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Hökm Eldar Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmasını, ona məxsus olduğu iddia edilən bəzi əmlakların müsadirəsini də nəzərdə tutub. Aprelin 5-də Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
Tutulduğu gündən ittihamı rədd edən Eldar Həsənov cinayət işini və həbsini təqib, qanunsuzluq, haqsızlıq, ədalətsizlik və sifariş kimi qiymətləndirir.
Eldar Həsənov 1977-2000-ci illərdə Azərbaycanın hüquq mühafizə sistemində məsul postlar tutub, o cümlədən İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini, baş prokurorun birinci müavini, baş prokuror olub.
2001-ci ildə Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyinat alıb, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqro, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildən onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
2020-ci il avqustun 17-də Eldar Həsənov Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfir vəzifəsindən azad olunub.
Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində (Bakının Binə qəsəbəsi) saxlanan Eldar Həsənovun dörd vəkili var: Adəm Məmmədov, Cavad Cavadov, Cəlil Mirzəyev, Valeh Mehralıyev.
Eldar Həsənov həbsi barədə nə deyir?
Eldar Həsənovun bir istəyi təmin olundu
Eldar Həsənov xəbəri rəsmən təsdiqləndi
Eldar Həsənovun səhhəti yaxşı deyil
“Mənim düşmənim yoxdur, ermənidən başqa”
Eldar Həsənov qərarı dəyişirmi?
Ziyalıların prezidentə müraciəti
Eldar Həsənovun vəkili: “Səhhətində təhlükəli problemlər var”
Gənclərin prezidentə Eldar Həsənov müraciəti
Eldar Həsənovun vəkili nələr deyir?
Eldar Həsənovun vəkilləri prezidentə üz tutub
Avropa Məhkəməsi Bakıya Eldar Həsənovla bağlı sorğular göndərib
Eldar Həsənov prosesdə iştirakdan imtina edib. Məhkəmə qərar verib
Eldar Həsənovun qəbul etdiyi dərmanların siyahısı açıqlanıb
Avropa Məhkəməsindən Eldar Həsənov qərarı, tələb
Heydər Əliyev Eldar Həsənova Ərdoğanla bağlı nə tapşırmışdı?
Avropa Məhkəməsinin qərarı icra olunmur, vəziyyət ağırlaşır
Eldar Həsənovun işi yeni mərhələdə
“Adamlarımızı asanlıqla xərcləməyək!” (Eldar Həsənov barədə)
Eldar Həsənov Hərbi Hospitala köçürüldü
Eldar Həsənov reabilitasiya kursu keçir
Eldar Həsənov təcridxanaya qaytarılıb
Eldar Həsənovun vəkillərinin müraciəti
Eldar Həsənov yenə hospitaldadır
Eldar Həsənovun səhhəti daha da ağırlaşıb
Eldar Həsənovun işi məhkəməyə getdi
Eldar Həsənovun ittiham olunduğu maddələr
Eldar Həsənovun məhkəməsi təyin olunub
Eldar Həsənovun vəkili yeni açıqlama yayıb
Eldar Həsənovun işi: hazırlıq iclasının vaxtı dəyişdi
Eldar Həsənovun vəkili balaca zaldakı böyük problemlərdən söz açır
Eldar Həsənovun mühakiməsi, yeni vəsatətlər
Eldar Həsənov: “Qəsdimə yönələn istintaq aparılıb”
Eldar Həsənovun məhkəməsində gərginlik yaşanıb
Eldar Həsənov: “Fələk oğlu fələk də dözməz bu haqsızlıqlara”
Ev dustaqlığına yox deyildi. Eldar Həsənovun vəziyyəti yenə pisləşdi
“Hamınızın bildiyi şöbə müdiri xəbər göndərib ki…”
Eldar Həsənov məhkəmədə yenə özünü pis hiss edib
Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət edib
Eldar Həsənovun məhkəməsində bir mərhələ bitdi
Avropa Məhkəməsindən Eldar Həsənov sualları
Kəlbəcərlilərdən prezidentə Eldar Həsənov müraciəti
Eldar Həsənovun qızı: “Atamla bərabər həbs yaşayırıq”
Eldar Həsənov yenə hospitala köçürülüb
Eldar Həsənov təcridxanaya qaytarılıb
Kəlbəcərli ziyalılar Eldar Həsənova azadlıq istəyir
Eldar Həsənovun qızı: “Kömək edin, ədaləti bərpa edin”
108 yaşlı qadından Eldar Həsənov müraciəti
Eldar Həsənov qızına nə tapşırıb?
Proses 15 dəqiqə çəkib, Eldar Həsənov zaldan xərəkdə çıxarılıb
“Ayıbdır. Bu qədər qanunsuzluğa məəttəl qalmışam”
Eldar Həsənov: “Yaşamaq hüququmu tələb edirəm”
Avropa Məhkəməsi Eldar Həsənovla bağlı daha bir qərar qəbul edib
Eldar Həsənovun işi: bir iclasın özü və əks-sədası
“Bu qədər qərəz, bu qədər qisas olarmı?”
Eldar Həsənov: hansı vəsatətlər qırağa qoyuldu?
Sabiq nazir müavini Eldar Həsənovun məhkəməsində nələr dedi?
Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət edib
Avropa Məhkəməsinin Eldar Həsənov qərarı icra olunmur
Eldar Həsənov: məhkəmə istintaqı başa çatdı
Eldar Həsənovun məhkəməsi gələn ilə qaldı
Eldar Həsənovun vəkilləri prezidentə müraciət etdilər
Eldar Həsənovun vəkili müqayisə aparır
Eldar Həsənov: son söz hazırlığı başlandı
Eldar Həsənovun məhkəmədəki son sözü
Eldar Həsənovun işi: apellyasiya şikayəti veriləcək
“Hörmətli Prezidentimizdən müdaxilə, cavab gözləyirik”
Eldar Həsənovun övladları prezidentə müraciət ediblər
Eldar Həsənov işi yeni prosesdə
Hazırlıq iclası oldu, çəkişmə başlayır