Prezident Administrasiyasının strukturu qismən yenilənib. Novator.az bildirir ki, Samir Nuriyevin rəhbərlik etdiyi administrasiyada qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin və sənəd dövriyyəsi şöbəsinin müdiri postları boşdur. Qalan vəzifələri bu şəxslər tutur:
prezidentin köməkçisi – Cəmilə Abbasova
prezidentin köməkçisi – Anar Ələkbərov
birinci vitse-prezidentin Katibliyinin rəisi – Altay Həsənov
prezidentin köməkçisi, dövlət nəzarəti məsələləri şöbəsinin müdiri – Kərəm Həsənov
prezidentin köməkçisi, ərazi-təşkilat məsələləri şöbəsinin müdiri – Zeynal Nağdəliyev
prezidentin köməkçisi, hərbi məsələlər şöbəsinin müdiri – Məhərrəm Əliyev
prezidentin köməkçisi, hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri – Fuad Ələsgərov
prezidentin köməkçisi, xarici siyasət məsələləri şöbəsinin müdiri – Hikmət Hacıyev
prezidentin köməkçisi, iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri – Şahmar Mövsümov
prezidentin köməkçisi, iqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri – Natiq Əmirov
prezidentin mətbuat katibi – Azər Qasımov
prezidentin protokol xidmətinin rəisi – Elçin Bağırov
dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri – Tələt Məcidov
gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri – Yusuf Məmmədəliyev
humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri – Fərəh Əliyeva
qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri – Gündüz Kərimov
siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri – Ədalət Vəliyev
vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri – Süleyman İsmayılov
prezidentin işlər müdiri – Ramin Quluzadə.
Prezident Administrasiyasının Milli Məclisə təqdim olunan qanun layihələrini, prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini hazırlamaq; qanunların, prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət; prezidentin siyasi partiya, ictimai birlik, həmkarlar ittifaqları və yaradıcı birliklər, habelə xarici ölkələrin dövlət orqanları və vəzifəli şəxsləri, yerli və xarici siyasi, ictimai xadimlər, beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrini təmin etmək və başqa səlahiyyətləri var.
Bakı şəhərinin İstiqlaliyyət küçəsində qərar tutan administrasiyanın yerləşdiyi bina Prezident Sarayı adlanır.