2022-ci ilin dörd aylıq xarici ticarət hesabatı yayılıb. Novator.az bildirir ki, rəsmi statistikaya görə, Dövlət Gömrük Komitəsi yanvar-aprel aylarında 155 ölkə ilə ticarət əməliyyatı, 11 milyard 823,3 milyon dollarlıq ixrac, 4 milyard 40,5 milyon dollarlıq idxal qeydə alıb, büdcəyə 1 milyard 641,4 milyon manat vəsait ödəyib.
Açıqlamaya əsasən, ixracın 91,8 faizi neft-qaz sektoruna daxil olan mallardır, idxalda ən böyük pay maşın, mexanizm, elektrik avadanlıqları və onların hissələrini əhatə edir: 20,5 faiz.
Hesabata görə, ixracın 5,4 faizi MDB ölkələrinin, 63,9 faizi Avropa İttifaqı ölkələrinin, 30,7 faizi başqa ölkələrin payına düşüb.
İdxalda MDB-nin payı 27,7 faiz, Avropa İttifaqının payı 15,8 faiz, başqa ölkələrin payı 56,5 faizdir.
Dörd ayda ticarət dövriyyəsi və ixrac üzrə əsas tərəfdaş İtaliya, idxal üzrə əsas tərəfdaş Rusiya olub.