UEFA Çempionlar Liqasının 2022-2023 mövsümünə vəsiqəni təmin etmiş komandaların siyahısı yenilənib. Novator.az bildirir ki, qrup mərhələsində (6 sentyabr-2 noyabr) İngiltərədən “Mançester Siti”, “Liverpul”, “Çelsi”, İspaniyadan “Real”, “Barselona”, “Atletiko”, “Sevilya”, İtaliyadan “Milan”, “İnter”, “Napoli”, “Yuventus”, Almaniyadan “Bavariya”, “Borussiya” (Dortmund), “Bayer”, “Leypsiq”, Fransadan PSJ, Portuqaliyadan “Portu”, “Sportinq”, Niderlanddan “Ayaks”, Belçikadan “Brügge”, Avstriyadan “Zalsburq”, Şotlandiyadan “Seltik”, Ukraynadan “Şaxtyor” start götürür.
İlkin mərhələyə (21-24 iyun) İslandiyadan “Vikinqur”, Estoniyadan “Levadiya” bilet alıb.
Birinci mərhələdə (5-13 iyul) Norveçdən “Bode-Qlimt”, İsveçdən “Malmö”, Bolqarıstandan “Ludoqorets”, Rumıniyadan “Kluj”, Azərbaycandan “Qarabağ”, Qazaxıstandan “Tobol”, Macarıstandan “Ferensvaroş”, Belarusdan “Şaxtyor”, Polşadan “Lex”, Slovakiyadan “Slovan”, Litvadan “Jalgiris” (Vilnüs), Bosniyadan “Zrinski”, İrlandiyadan “Şemrok Rovers”, Şimali Makedoniyadan “Şkupi”, Latviyadan RFS, Albaniyadan “Tirana”, Şimali İrlandiyadan “Linfild”, Gürcüstandan “Dinamo” (Batumi), Finlandiyadan HİK, Moldovadan “Şerif”, Maltadan “Hibernians”, Farer adalarından “Klaksvik”, Kosovodan “Balkani”, Cəbəllütariqdən “Linkoln”, Monteneqrodan “Sutyeska”, Uelsdən “Nyu Sents” var.
İkinci mərhələdən (19-27 iyul) liqalar yolu ilə Ukraynadan “Dinamo”, çempionlar yolu ilə Çexiyadan “Viktoriya”, Xorvatiyadan “Dinamo”, İsveçrədən “Sürix”, Yunanıstandan “Olimpiakos”, İsraildən “Makkabi” (Hayfa) başlayır.
Üçüncü mərhələyə (2-9 avqust) liqalar yolu ilə Portuqaliyadan “Benfika”, Niderlanddan PSV, Belçikadan “Union”, Avstriyadan “Şturm”, Şotlandiyadan “Reyncers”, çempionlar yolu ilə Kiprdən “Apollon” buraxılıb.
Dördüncü mərhələyə (16-24 avqust) Türkiyədən “Trabzonspor” düşüb.
Danimarkadan “Kopenhagen” və “Midtülland”ın turnirə hansı mərhələdən qoşulacağı hələ bilinmir.
“Qarabağ”a birinci mərhələdə “Zrinski”, “Şaxtyor” (Belarus), “Sutyeska”, “Klaksvik”, “Lex”, “Hibernians” (Malta), “Tobol”, “Şkupi”, RFS, “Dinamo” (Batumi), “Tirana”, “Balkani” rəqib ola bilər. Potensial rəqiblər sırasında ilkin təsnifat mərhələsinin iştirakçıları da var: “Vikinqur”, “Levadiya”.
İkinci mərhələdə Azərbaycan təmsilçisinə “Makkabi” (Hayfa), “Sürix”in, üçüncü mərhələdə “Apollon”un, dördüncü mərhələdə “Trabzonspor”un qismət olması mümkündür.
İlkin, birinci mərhələlərdə ələnən komandalar Konfrans Liqasına, ikinci, üçüncü, dördüncü mərhələlərdə ələnən, qruplarda üçüncü yeri tutan komandalar Avropa Liqasına köç edəcək.