2022-2023 mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında “Neftçi”, “Zirə” və “Qəbələ” komandaları təmsil edir. Onlar turnirə ikinci mərhələdən (21-28 iyul) qoşulur. Novator.az bildirir ki, güclülər səbətində yer alan “Neftçi”yə həmin raundda İsveçdən AİK, “Yurqorden”, Bolqarıstandan “Levski”, Macarıstandan “Kişvarda”, “Puşkaş Akademiya”, Polşadan “Rakov”, Qazaxıstandan “Qızıljar”, İrlandiyadan “Sent-Patriks Atletik” rəqib ola bilər.
Zəiflər səbətinə salınmış “Zirə” və “Qəbələ”nin mümkün rəqibləri sırasında İsveçrədən “Bazel”, “Yanq Boyz”, Çexiyadan “Slaviya”, Yunanıstandan PAOK, İsraildən “Makkabi” (Tel-Əviv), “Hapoel” (Beer-Şeva), Qazaxıstandan “Astana”, “Kayrat”, Norveçdən “Molde”, Rumıniyadan “Styaua”, Belarusdan BATE, Belçikadan “Antverpen”, Macarıstandan “Fehervar”, Bolqarıstandan SSKA, Litvadan “Suduva”, Slovakiyadan “Spartak”, Xorvatiyadan “Osiyek”, Şotlandiyadan “Motervell”, Serbiyadan “Çukariçki” var.