• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Böyük liqanın komandaları

  • 16 May 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Novator.az UEFA-nın baş klub turniri olan Çempionlar Liqasının 2022-2023 mövsümünə vəsiqəni təmin etmiş komandaların siyahısına nəzər salıb.

İlkin mərhələyə (21-24 iyun) İslandiyadan “Vikinqur”, Estoniyadan “Levadiya” bilet alıb.

Birinci mərhələdə (5-13 iyul) Norveçdən “Bode-Qlimt”, İsveçdən “Malmö”, Bolqarıstandan “Ludoqorets”, Rumıniyadan “Kluj”, Azərbaycandan “Qarabağ”, Qazaxıstandan “Tobol”, Macarıstandan “Ferensvaroş”, Belarusdan “Şaxtyor”, Polşadan “Lex”, Slovakiyadan “Slovan”, Litvadan “Jalgiris” (Vilnüs), Bosniyadan “Zrinski”, İrlandiyadan “Şemrok Rovers”, Şimali Makedoniyadan “Şkupi”, Latviyadan RFS, Albaniyadan “Tirana”, Şimali İrlandiyadan “Linfild”, Gürcüstandan “Dinamo” (Batumi), Finlandiyadan HİK, Moldovadan “Şerif”, Maltadan “Hibernians”, Farer adalarından “Klaksvik”, Kosovodan “Balkani”, Cəbəllütariqdən “Linkoln”, Monteneqrodan “Sutyeska”, Uelsdən “Nyu Sents” qərar tutub.

İkinci mərhələyə (19-27 iyul) liqalar yolu ilə Ukraynadan “Dinamo”, çempionlar yolu ilə Çexiyadan “Viktoriya”, Xorvatiyadan “Dinamo”, İsveçrədən “Sürix”, Yunanıstandan “Olimpiakos” gəlir.

Üçüncü mərhələyə (2-9 avqust) liqalar yolu ilə Portuqaliyadan “Benfika”, Niderlanddan PSV, Belçikadan “Union”, Avstriyadan “Şturm”, Şotlandiyadan “Reyncers”, çempionlar yolu ilə Kiprdən “Apollon” buraxılıb.

Dördüncü mərhələyə (16-24 avqust) Türkiyədən “Trabzonspor” düşüb.

Qrup mərhələsində (6 sentyabr-2 noyabr) bu komandalar start götürür: İngiltərədən “Mançester Siti”, “Liverpul”, İspaniyadan “Real”, “Barselona”, “Atletiko”, “Sevilya”, İtaliyadan “Milan”, “İnter”, “Napoli”, “Yuventus”, Almaniyadan “Bavariya”, “Borussiya” (Dortmund), “Bayer”, “Leypsiq”, Fransadan PSJ, Portuqaliyadan “Portu”, “Sportinq”, Niderlanddan “Ayaks”, Belçikadan “Brügge”, Avstriyadan “Zalsburq”, Şotlandiyadan “Seltik”, Ukraynadan “Şaxtyor”.

Danimarkadan “Kopenhagen” və “Midtülland”ın turnirə hansı mərhələdən qoşulacağı hələ bilinmir.

“Qarabağ”a birinci mərhələdə “Zrinski”, “Şaxtyor” (Belarus), “Sutyeska”, “Klaksvik”, “Lex”, “Hibernians” (Malta), “Tobol”, “Şkupi”, RFS, “Dinamo” (Batumi), “Tirana”, “Balkani” rəqib ola bilər. Potensial rəqiblər sırasında ilkin təsnifat mərhələsinin iştirakçıları da var: “Vikinqur”, “Levadiya”.

İkinci mərhələdə Azərbaycan təmsilçisinə “Sürix”in, üçüncü mərhələdə “Apollon”un, dördüncü mərhələdə “Trabzonspor”un qismət olması mümkündür.

İlkin, birinci mərhələlərdə ələnən komandalar Konfrans Liqasına, ikinci, üçüncü, dördüncü mərhələlərdə ələnən, qruplarda üçüncü yeri tutan komandalar Avropa Liqasına köç edəcək.

Əziyyətli ölkə

  • 16 May 2022
  • comments

Ümumi daxili məhsul nə qədər artıb?

  • 16 May 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda