2022-ci ilin aprelində Azərbaycanın gündəlik xam neft hasilatı 579,1 min barrel olub. Hesabatı Energetika Nazirliyi yayıb.
Novator.az bildirir ki, yanvarda gündəlik hasilat 580,9 min barrel, fevralda 566,3 min barrel, martda 579,4 min barrel göstərilib.
İri neft ixracatçılarını birləşdirən koalisiya may üçün gündəlik hasilatı 688 min barrel, iyun üçün 695 min barrel müəyyən edib.
2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. “AzəriLayt” markalı Azərbaycan nefti yanvara 82,49, fevrala 94,20, marta 102,30, aprelə 112,33, maya 110,70 dollarla başlayıb.
Rəsmi statistikaya görə, 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda kondensatla birlikdə 11,1 milyon ton neft çıxarılıb.
Son illərin hasilat göstəriciləri belədir: 2008-ci il – 44,5 milyon ton, 2009-cu il – 50,4 milyon ton, 2010-cu il – 50,8 milyon ton, 2011-ci il – 45,6 milyon ton, 2012-ci il – 43,4 milyon ton, 2013-cü il – 43,5 milyon ton, 2014-cü il – 42 milyon ton, 2015-ci il – 41,6 milyon ton, 2016-cı il – 41 milyon ton, 2017-ci il – 38,7 milyon ton, 2018-ci il – 38,8 milyon ton, 2019-cu il – 37,4 milyon ton, 2020-ci il – 34,5 milyon ton, 2021-ci il – 34,6 milyon ton.