• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Avroviziya”nın finalçıları

  • 13 May 2022
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi “Avroviziya 2022” beynəlxalq mahnı müsabiqəsinin bütün finalçıları bəlli olub. Novator.az-ın məlumatına görə, 12 may yarımfinalında bu ifaçılar uğur qazanıb: Belçika – Jeremi Makiz, Çexiya – “We Are Domi” qrupu, Azərbaycan – Nadir Rüstəmli, Polşa – Kristian Oçman, Finlandiya – “The Rasmus” qrupu, Estoniya – Stefan Ayrapetyan, Avstraliya – Şeldon Rayli, İsveç – Korneliya Yakobs, Rumıniya – Andrey İonuts Ursu, Serbiya – Ana Curiç.

10 may yarımfinalını bu təmsilçilər dəf etmişdi: İsveçrə – Marius Bea, Ermənistan – Roza Kostandyan, İslandiya – Siqridur, Elizabet, Elin bacıları, Litva – Monika Lübinayte, Portuqaliya – Mariana Sekka, Norveç – “Subwoolfer” qrupu, Yunanıstan – Amanda Tenford, Ukrayna – “Kaluş” qrupu, Moldova – “Zdob şi Zdub” və “Advahov qardaşları” qrupları, Niderland – Stin den Hollander.

Mayın 14-nə təyin olunan finala bu təmsilçilər birbaşa buraxılıb: Almaniya – Malik Harris, Böyük Britaniya – Sem Rayder, Fransa – Aleksis Morvan-Rozius və “Ahez” qrupu, İspaniya – Şanel Terrero, İtaliya – Alessandro Mahmud və Rikkardo Fabbrikoni.

İctimai teleradioları bir araya gətirən Avropa Yayım Birliyi “Avroviziya” yarışını 1956-cı ildən keçirir. Müsabiqədə İrlandiya 7, İsveç 6, Böyük Britaniya, Fransa, Lüksemburq, Niderland 5, İsrail 4, Danimarka, İtaliya, Norveç 3, Almaniya, Avstriya, İspaniya, İsveçrə, Ukrayna 2, Azərbaycan, Belçika, Estoniya, Finlandiya, Latviya, Monako, Portuqaliya, Rusiya, Serbiya, Türkiyə, Yuqoslaviya, Yunanıstan 1 dəfə qalib olub.

Azərbaycan “Avroviziya”ya 2008-ci ildən qatılır. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü, 2010-cu ildə Səfurə Əlizadə 5-ci, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci, 2012-ci ildə Səbinə Babayeva 4-cü, 2013-cü ildə Fərid Məmmədov 2-ci, 2014-cü ildə Dilarə Kazımova 22-ci, 2015-ci ildə Elnur Hüseynov 12-ci, 2016-cı ildə Səmra Rəhimli 17-ci, 2017-ci ildə Diana Hacıyeva 14-cü, 2019-cu ildə Çingiz Mustafayev 8-ci, 2021-ci ildə Samirə Əfəndi 20-ci yeri tutub.

“Avroviziya 2018”dəki təmsilçi Aysel Məmmədova yarımfinalda ələnib.

Miqrasiya: pozuntu və cəzalar açıqlanıb

  • 12 May 2022
  • comments

İsa Qəmbər çağırışı

  • 13 May 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Mədəniyyət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda