• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rus tankı qabyuyana möhtac

  • 12 May 2022
  • comments
  • hikmet
  • Posted in AktualDünyanın səsiManşetXəbər

ABŞ-ın sanksiyaları Rusiya hərbi texnikasını qabyuyana və soyuducuya yararlı olan avadanlığa möhtac qoyub.

Novator.az-ın məlumatına görə, ABŞ-ın ticarət naziri Cina Raymondo mayın 11-i Senatda keçirilən dinləmələrdə bu məsələyə toxunub. Ukraynanın baş naziri ilə bu yaxınlarda keçirdiyi görüşü xatırladan Cina Raymondo Rusiyanın hərbi texnikada qabyuyan və soyuduculardakı kompüter çiplərindən istifadə etdiyinə dair bilgi aldığını vurğulayıb: “Ukraynalılar ələ keçirdikləri bəzi rus hərbi texnikalarında qabyuyan maşınlardan və soyuduculardan götürülmüş yarımkeçiricilər aşkarlandığını söyləyirlər. Rusiya tanklarından soyuducu hissələrinin, habelə ticarət və sənaye avadanlıqlarının detallarının çıxdığı bildirilir. Mütəxəssislərin fikrincə, Rusiya öz hərbi texnikası üçün zəruri olan bəzi komponentləri əldə edə bilmədiyindən həmin detallardan yararlanmaq məcburiyyətində qalıb”.

ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının əsas hissəsini ixrac prosesini əhatə edir. Bu istiqamətdə sanksiyalara əməl olunmasına nəzarəti Ticarət Nazirliyi həyata keçirir. Nazirin sözlərinə görə, fevralın sonunda sanksiyaların tətbiqinə başlanandan bəri ABŞ-ın Rusiyaya texnologiya ixracı 70 faizədək azalıb.

Daha 30 ölkənin oxşar ixrac qadağaları tətbiq etdiyini vurğulayan nazir sanksiyaların Belarusu da əhatə etdiyini bildirib.

Cina Raymondo Senatdakı çıxışında Rusiyada tank istehsalı ilə məşğul olan iki müəssisəsinin komponent çatışmazlığı səbəbindən istehsalı dayandırdığını da deyib.

2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq hər iki ərazidə separatçı rejimlər qurub.

2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk vilayətlərində qurulmuş rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır. Yeni işğal dalğasında Donetsk, Luqansk, Xarkov, Xerson, Nikolayev, Zaporojye vilayətlərində bir çox ərazi Rusiyanın nəzarətinə keçib.

Fevralın 22-dən başlayaraq dünya birliyi Rusiyaya 4 mindən çox sanksiya tətbiq edib. Həmin vaxta qədər Rusiyanın üzərində 2,8 minə yaxın sanksiya olub.

Mənbə: Washingtonpost.com

Rusiyalı milyarder mühacirəti seçdi

  • 12 May 2022
  • comments

Miqrasiya: pozuntu və cəzalar açıqlanıb

  • 12 May 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda