Mayın 10-u Füzuli şəhərində peşə liseyinin, rayon mərkəzi xəstəxanasının təməllərini qoyan, yeni yaradılacaq mərkəzi parkın ərazisinə baş çəkən prezident İlham Əliyev həmin gün birinci vitse-prezident Mehriban Əliyeva ilə birgə Şuşa şəhərinə də səfər edib.
AZƏRTAC bildirir ki, dövlət başçısına Şuşadakı inzibati binada aparılan son tamamlama və binanın ətrafında həyata keçirilən abadlıq işləri barədə məlumat verilib. İlham Əliyev və Mehriban Əliyeva Şirin su hamamında, tarzən, bəstəkar Sadıqcanın evində, Mehmandarovlar malikanə kompleksində, “Shusha Boutique Hotel”də və Şuşa Realnı Məktəbində həyata keçiriləcək işlərlə də tanış olublar.
Sonra İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.