AZƏRTAC-ın 6 may məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 116,94 dollara satılır.
2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20, marta 102,30, aprelə 112,33, maya 110,70 dollarla başlayıb.
Gündəlik xam neft hasilatı yanvarda 580,9 min barrel, fevralda 566,3 min barrel, martda 579,4 min barrel olub.
İri neft ixracatçılarını birləşdirən OPEK+ koalisiyası may üçün gündəlik hasilatı 688 min barrel, iyun üçün 695 min barrel müəyyən edib.