• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Çində həbsdə olan jurnalistlərin 44 faizi uyğurdur

  • 05 May 2022
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

Çində həbsdə olan jurnalistlərin 44 faizi uyğurdur. Novator.az-ın məlumatına görə, mərkəzi ofisi Nyu-York şəhərində yerləşən Jurnalistləri Müdafiə Komitəsinin hesabatında belə deyilir.

Hesabat 2021-ci ilin sonuna olan vəziyyəti əks etdirir. Həmin dövrdə dünyada 293 jurnalistin həbsdə olduğu qeydə alınıb. Onlardan 50-si Çin jurnalistidir.

Çində məhbəs həyatı yaşayan jurnalistlərin 44 faizi isə milliyyətcə uyğurdur və ölkənin bir bölgəsindən – Sincan Uyğur Muxtar Rayonundandır.

Jurnalistləri Müdafiə Komitəsinin hesabatı 2022-ci ilin mayında ABŞ Nümayəndələr Palatasının bir qrup üzvünün hazırladığı, dünyada jurnalistlərə qarşı repressiyaların pisləndiyi qətnaməyə salınıb.

Mərkəzi ofisi Vaşinqtonda yerləşən İnsan Hüquqları üzrə Uyğur Layihəsi (Uyghur Human Rights Project – UHRP) vurğulayıb ki, Çindəki kommunist rejimi illərdir uyğur jurnalistləri təqib edir.

Uyğurlar əsasən Çinin şimal-qərbində yerləşən Sincan Uyğur Muxtar Rayonunda yaşayırlar. Burada milyon yarımdan çox uyğur əsir düşərgələrində saxlanır.

Beynəlxalq qurumların hesabatlarına əsasən, Çində milyonlarla uyğur məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qalır, hökumət uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə də maneələr törədir.

Dünyanın bir sıra demokratik dövlətləri, o cümlədən ABŞ uyğurlara qarşı hərəkətləri soyqırımına cəhd kimi qiymətləndirir.

Mənbə: Voanews.com

Ermənistan əhalisi bir ildə nə qədər azalıb?

  • 05 May 2022
  • comments

İnformasiya qanunvericiliyi necə yenilənir?

  • 05 May 2022
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Yaxın ölkələrlə ticarət

GLOBALS:0
comments
Xəbər

Gəlir 26 milyard, xərc 23 milyard manatı ötür

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı nə qədər artıb?

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

ABŞ-ın Qəzza planı: GREAT

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Yaxın ölkələrlə ticarət

Son materiallar

comments
Xəbər

Yaxın ölkələrlə ticarət

GLOBALS:0
comments
Xəbər

Gəlir 26 milyard, xərc 23 milyard manatı ötür

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı nə qədər artıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda