Mərkəzi Bank valyuta ehtiyatı hesabatı yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, mayın 1-nə ehtiyatın həcmi 7 milyard 85,8 milyon dollar olub.
2022-ci il 7 milyard 75,4 milyon dollarla başlayıb, dörd ayda 10,4 milyon dollar artım qeydə alınıb.
2015-ci ilin əvvəlinə valyuta ehtiyatı 13 milyard 758,3 milyon dollar göstərilib, ilin sonuna ehtiyatın həcmi 5 milyard 16,7 milyon dollara enib.
2017-ci ilin əvvəlinə ehtiyat 3 milyard 974,4 milyon dollar, 2018-ci ilin əvvəlinə 5 milyard 334,6 milyon dollar, 2019-cu ilin əvvəlinə 5 milyard 625,7 milyon dollar, 2020-ci ilin əvvəlinə 6 milyard 258 milyon dollar, 2021-ci ilin əvvəlinə 6 milyard 369,4 milyon dollar həcmində rəsmiləşib.
Mayın 1-nə pul bazası 14 milyard 564,5 milyon manat göstərilib. 2022-ci il 17 milyard 937,6 milyon manatla başlamışdı.
Pul bazasına dövriyyədəki pul vəsaitləri, habelə kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarında vəsaitləri daxildir.