Fövqəladə Hallar Nazirliyinin 29 aprel məlumatına görə, Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində, “Azərsun Sənaye Parkı”nın ərazisində yanğın səhər tezdən, saat 8:24-də söndürülüb.
Hadisədə xəsarət alanın olmadığı bildirilir.
İlkin araşdırmalara əsasən, aprelin 28-i saat 17:20 radələrində plastik tullantıların atıldığı yerdən başlayan yanğın ərzaq anbarları və başqa anbarlara yayılaraq 5000 kvadratmetr sahəni əhatə edib. Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma yanğın təhlükəsizliyi qaydalarının pozulmasının ağır nəticələrə səbəb olması motivi ilə aparılır.