• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Üç dövrün 17 nazirliyi

  • 29 Aprel 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Azərbaycanda 17 nazirlik var. Novator.az bildirir ki, onların 10-nun tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə (1918-1920-ci illər) bağlanır.

1919-cu ildə Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat qəbul edilib. 1922-ci ildə SSRİ yaradılanda Azərbaycanın müstəqil xarici siyasət fəaliyyəti dayandırılıb. 1944-cü ildə Azərbaycan Xalq Xarici İşlər Komissarlığı yaradılıb, sonradan komissarlıq Xarici İşlər Nazirliyinə çevrilib.

1918-1920-ci illərdə Hərbi Nazirlik fəaliyyət göstərib. 1991-ci ildə yaradılan Müdafiə Nazirliyi həmin təsisatın varisidir.

Ədliyyə Nazirliyi 1918-ci ildə təsis edilib. 1920-ci ildə nazirlik ləğv olunub, Xalq Ədliyyə Komissarlığı yaradılıb. 1930-cu ildə komissarlıq buraxılıb, 1933-1959-cu illərdə yenidən fəaliyyət göstərib, 1970-ci ildə bir daha Ədliyyə Nazirliyi qurulub.

1918-ci ildə qurulan Daxili İşlər Nazirliyi 1920-1950-ci illərdə təhlükəsizlik orqanları ilə bir strukturda fəaliyyət göstərib, Xalq Daxili İşlər Komissarlığı, Birləşmiş Dövlət Siyasi İdarəsi, Xalq Dövlət Təhlükəsizliyi Komissarlığı, Dövlət Təhlükəsizlik Nazirliyi adları daşıyıb.

Maliyyə Nazirliyi 1918-ci ildə yaradılıb.

Kənd Təsərrüfatı Nazirliyi 1918-ci ildə Əkinçilik və Əmək Nazirliyi adı ilə yaradılıb, həmin il Dövlət Əmlakı və Əkinçilik Nazirliyinə çevrilib. 1920-ci ildən Dövlət Torpaq Komissarlığı, 1946-cı ildə əvvəl Əkinçilik Nazirliyi, sonra Kənd Təsərrüfatı Nazirliyi adı daşıyıb. 1985-ci ildə bir çox qurumla birləşdirilən Kənd Təsərrüfatı Nazirliyi Dövlət Aqrar Sənaye Komitəsinə çevrilib. 1992-ci ildə Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi yaradılıb, 1993-cü ildə yenidən Kənd Təsərrüfatı Nazirliyi qurulub.

1918-ci ildə Poçt və Teleqraf Nazirliyi qurulub, 1920-ci ildə Poçt və Teleqraf Komissarlığına çevrilib. 1953-cü ildə Rabitə Nazirliyi yaradılıb, 2004-cü ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, 2014-cü ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, 2017-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, 2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə çevrilib.

Səhiyyə Nazirliyi 1918-ci ildə yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsası 1918-1919-cu illərdə qoyulub, 1920-ci ildən Xalq Təsərrüfatı Şurası, Xalq Əmək Komissarlığı, İctimai Təminat Komissarlığı, Xalq İctimai Təminat Komissarlığı adları daşıyıb. 1992-ci ildə Sosial Təminat Nazirliyi ilə Dövlət Əmək və Sosial Məsələlər Komitəsinin bazasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaradılıb.

1918-ci ildə Xalq Maarifi Nazirliyi qurulub, 1920-ci ildə Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib. 1959-cu ildən Azərbaycanda təhsillə bağlı iki nazirlik və bir komitə (Xalq Maarifi Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki Peşə Təhsili Komitəsi) fəaliyyət göstərib. 1988-ci ildə Xalq Təhsili Nazirliyi yaradılıb. 1993-cü ildə qurum Ali Təhsil və Maarif nazirliklərinə bölünüb, həmin il Təhsil Nazirliyi yaradılıb.

1 nazirlik sovet hakimiyyəti dövründə (1920-1991) qurulub. 1953-cü ildə yaradılan Mədəniyyət Nazirliyi 2006-2018-ci illərdə Mədəniyyət və Turizm Nazirliyi adı daşıyıb.

6 nazirliyin tarixi 1991-ci ildən başlayan yeni dövrə düşür.

Gənclər və İdman Nazirliyi 1994-cü ildə yaradılıb. 2001-ci ildə Gənclər, İdman və Turizm Nazirliyinə çevrilib, 2006-ci ildən yenidən Gənclər və İdman Nazirliyi adı daşıyır.

2001-ci ildə İqtisadi İnkişaf Nazirliyi qurulub, 2013-cü ildə İqtisadiyyat və Sənaye Nazirliyinə, 2016-cı ildə İqtisadiyyat Nazirliyinə çevrilib.

2001-ci ildə Yanacaq və Energetika Nazirliyi yaradılıb, 2004-cü ildə Sənaye və Energetika Nazirliyinə, 2013-cü ildə Energetika Nazirliyinə çevrilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2001-ci ildə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin və Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin bazasında yaradılıb.

Müdafiə Sənayesi Nazirliyi 2005-ci ildə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin bazasında yaradılıb.

Fövqəladə Hallar Nazirliyi 2005-ci ildə qurulub.

İnzibati xəta: 46,4 min nəfər məsuliyyətə cəlb olu...

  • 29 Aprel 2022
  • comments

Neftsiz ixracın artımı, əsas mallar

  • 29 Aprel 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Hüquq
  • Tarix

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda