• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əli Kərimlinin doğum günü

  • 28 Aprel 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Aprelin 28-i AXCP sədri Əli Kərimlinin doğum günüdür. Novator.az-ın məlumatına görə, partiyadaşı Fuad Qəhrəmanlı yazır ki, Əli Kərimlinin bioqrafiyası demokratiya, azadlıq uğrunda mübarizənin tarixi kimi ictimai xarakter daşıyır: “Əli bəy təkcə avtoritar rejimə qarşı mübarizəyə aparan bir partiyaya rəhbərlik etmir, həm də bütövlükdə cəmiyyətin müqavimət potensialının təşkilinin ağırlığını, missiyasını öz üzərinə götürüb. Elə buna görə də həmişə əsas hədəf olub, hakimiyyət hesab edib ki Əli Kərimlini susdura, sıradan çıxara bilsə, cəmiyyətin etiraz ruhunu da məhv edəcək.

Onun avtoritarizmə qarşı mübarizəyə, demokratik prosesə liderlik etməsi ancaq cəsarətli və prinsipial olması ilə bağlı deyil, həm də dərin ağıl və intellektual səviyyəsi ilə insanlarda bir alternativ olaraq özünə inam yarada bilməsinin nəticəsidir. Bu baxımdan onun hakimiyyətə yönələn tənqidləri təkcə narazılığın ifadəsi deyil, həm də məntiqə, arqumentlərə söykənən alternativ siyasətin təqdimatıdır.

O həm də müasir dövrün çağırışlarını daha tez duyması, yeniliklərə açıq olması, ən müxtəlif siyasi və ideoloji baxışlar arasında uzlaşma yarada bilməsi ilə seçilir. AXCP sədri olsa da, heç vaxt apardığı mübarizədə partiya maraqlarını demokratik prosesin önünə çıxarmayıb, əksinə, rəhbəri olduğu təşkilatın maraqlarını cəmiyyətin tərəqqisi, istəkləri əsasında formalaşdırıb, dəyişikliklər arzulayan protest elektoratın inamını, etibarını qazanıb. Məhz buna görə də Əli Kərimli qarşıdan gələn yeni tarixi şəraitdə mövcud rejimdən narazı sosial təbəqələrin, fərqli ideoloji baxışları olan siyasi qüvvələrin prezidentliyə ən real vahid namizədidir.

Əli Kərimli ölkənin dəyərlər müstəvisində dürüstlüyün, prinsiplərə və ideallara sədaqətin, əzilən insanların halına yanmağın, ictimai maraqları hər zaman üstün tutmağın ən parlaq nümunəsini yaratmış bir lideridir”.

Əli Kərimli 1965-ci il aprelin 28-də Saatlı rayonunun Azadkənd kəndində doğulub. 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Milli azadlıq hərəkatının öncül şəxslərindəndir.

1991-ci ildən “Azadlıq” qəzetinin parlament müxbiri və şərhçisi olub. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-1993-cü illər) əvvəl Prezident Aparatının şöbə müdiri, sonra dövlət katibi vəzifələrində çalışıb.

1993-cü ildən AXC sədrinin müavini, daha sonra birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. AXCP-yə 2000-ci ildən rəhbərlik edir, sədr postuna 2001-ci ildə seçilib. 2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvüdür.

“AzəriLayt” neçəyədir?

  • 28 Aprel 2022
  • comments

Erkin Qədirlinin AŞPA-dakı çıxışı

  • 28 Aprel 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda