• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ABŞ 40-dan çox ölkənin hərbi komandanını bir yerə yığıb

  • 26 Aprel 2022
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

Aprelin 26-sı dünyanın 40-dan çox ölkəsinin hərbi komandanı ABŞ Hərbi Hava Qüvvələrinin Almaniyanın Ramştayn şəhərindəki aviasiya bazasına toplaşıb.

Novator.az-ın məlumatına görə, toplantıda rus işğalına qarşı mübarizədə Ukraynaya göstərilən hərbi dəstəyin nizamlı, koordinasiyalı şəkildə həyata keçirilməsi məsələləri müzakirə olunur.

Hərbi komandanları Ramştayn aviabazasına ABŞ müdafiə naziri Lloyd Ostin yığıb. O, NATO üzvləri ilə yanaşı alyansın üzvü olmayan bəzi dövlətlərin hərbi liderlərini də bu müzakirəyə dəvət edib.

“Vaşinqton Post” qəzetinin internet səhifəsində yayılan xəbərə görə, Lloyd Ostin görüş zamanı bildirib ki, Ukraynanın müqaviməti azad dünyaya qol-qanad verib və NATO-nu daha cəsur addımlar atmağa ruhlandırıb: “Rusiya prezidenti Vladimir Putin dünyanın Ukrayna ətrafında bu qədər sürətlə və qətiyyətlə toplaşacağını ağlına da gətirməzdi”.

Lloyd Ostin aprelin 24-də ABŞ-ın dövlət katibi Entoni Blinkenlə bərabər Kiyevdə səfərdə olub, Ukraynanın prezidenti, xarici işlər, müdafiə və daxili işlər nazirləri ilə birgə aparılan danışıqlarda iştirak edib.

“Vaşinqton Post” yazır ki, ABŞ-ın müdafiə naziri Ramştayn aviabazasındakı toplantıda Ukraynanın qələbə çalacağına əmin olduğunu vurğulayıb. O, toplantıya qatılan 40-dan çox ölkənin hərbi liderləri adından bildirib ki, burada hər kəs, o cümlədən Ukraynanın özü qələbəyə inanır.

Lloyd Ostin Rusiya-Ukrayna müharibəsinin hazırda yeni mərhələyə qədəm qoyduğunu da söyləyib.

Mənbə: Washingtonpost.com

Ali Məhkəmə cəbhəçilərin cəzasını dəyişmədi

  • 26 Aprel 2022
  • comments

Mehmanxana biznesi: gəlir 74,8 faiz artıb

  • 26 Aprel 2022
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda