• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əfv anonsu verildi

  • 25 Aprel 2022
  • comments
  • hikmet
  • Posted in Xəbər

Mayın 28-də qeyd olunacaq Müstəqillik Günü ərəfəsində əfv sərəncamı imzalana bilər. Novator.az-ın əldə etdiyi məlumata görə, Əfv Məsələləri Komissiyası müraciətlərin müzakirəsinə start verir. İlk iclas aprelin 26-na təyin olunub.

Əfv Məsələləri Komissiyasına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev sədrlik edir, katib vəzifəsini Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin əfv məsələləri sektorunun müdiri Kəmalə İsmayılova tutur. Üzvlər bu şəxslərdir:

Fuad Ələsgərov – prezidentin köməkçisi, administrasiyanın hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Gündüz Kərimov – Prezident Administrasiyasının qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, birinci vitse-prezidentin köməkçisi

Fikrət Məmmədov – ədliyyə naziri

Vilayət Eyvazov – daxili işlər naziri

Əli Nağıyev – Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Allahşükür Paşazadə – şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri

Əhliman Əmiraslanov – Milli Məclisin deputatı, səhiyyə komitəsinin sədri

Zahid Oruc – Milli Məclisin deputatı, insan hüquqları komitəsinin sədri

Fazil Mustafa – Milli Məclisin deputatı, mədəniyyət komitəsi sədrinin müavini

Azay Quliyev – Milli Məclisin deputatı

Sədaqət Vəliyeva – Milli Məclisin deputatı

Aynur Sofiyeva – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Rəşad Məcid – Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü

Əliməmməd Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri

Bəyimxanım Verdiyeva – “Xan Şuşinski” Fondunun rəhbəri

Mehriban Vəliyeva – Akademik Zərifə Əliyeva adına Liseyin direktoru.

Qurumun iclaslarında Ali Məhkəmənin sədri, baş prokuror və dəvət olunan digər şəxslər iştirak edə bilərlər.

Rəsmi əsasnaməyə görə, əfvetmə fərdi qaydada müəyyən edilən şəxslər barədə tətbiq olunur, qərar prezident sərəncamı ilə rəsmiləşir, Azərbaycan məhkəmələrinin məhkum etdiyi və ya başqa dövlətlərin məhkəmələrində məhkum olunaraq cəzalarını Azərbaycanda çəkən şəxsləri əhatə edir. Məhkumun cəzasının qalan hissəsindən azad edilməsi; cəza müddətinin azaldılması; cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi mümkündür. Həmçinin ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzası 25 ildən çox olmayan müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənə, habelə cəzanı çəkmiş şəxsin məhkumluğu götürülə bilər.

Əfvetmə barədə məsələlər Əfv Məsələləri Komissiyasının iclasında baxıldıqdan sonra qəti qərar qəbul edilməsi üçün prezidentə təqdim olunur.

Kiyevdə üç saatlıq müzakirədən sonra: Entoni Blink...

  • 25 Aprel 2022
  • comments

Pensiya sistemində yeniliklər layihəsi

  • 25 Aprel 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda