• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əli Əliyevin işi apellyasiya çəkişməsində

  • 22 Aprel 2022
  • comments
  • hikmet
  • Posted in Xəbər

Aprelin 22-si Bakı Apellyasiya Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin şikayəti üzrə hazırlıq iclası keçirilib. Məhkəmə çəkişməsi aprelin 29-na təyin edilib.

2021-ci il noyabrın 30-u Xızı rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi vertolyotu qəzaya uğrayıb, 14 nəfər həlak olub, polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yüngül xəsarətlər alıblar. Əli Əliyev internetdə yayılan bir müsahibəsində Emil Cəfərov və Ramin Ədilovun qəzaya uğramış vertolyotda olmadıqları iddiasını irəli sürüb. Hərbçilər bu iddianı şərəf və ləyaqətlərinin alçaldılması, nüfuzlarına zərbə sayaraq məhkəməyə üz tutublar. Emil Cəfərov və Ramin Ədilov Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayətlərində siyasətçinin böhtana (yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yayma) görə məsuliyyətə cəlb olunmasını istəyiblər.

Əli Əliyev Yasamal Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il hökmü ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm polkovnik-leytenant Emil Cəfərovun şikayəti əsasında çıxarılıb, fevralın 14-də Bakı Apellyasiya Məhkəməsi bu cəzanı qüvvədə saxlayıb.

Aprelin 15-də Yasamal Rayon Məhkəməsi iş üzrə ikinci prosesi bitirib. Siyasətçiyə əvvəlki hökm nəzərə alınmaqla qəti olaraq 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.

15 aprel hökmü kapitan Ramin Ədilovun şikayəti əsasında oxunub, cəzaların toplanması üsulu tətbiq edilib. Yekun cəza 2022-ci il iyulun 13-də bitir.

İkinci hökmdən apellyasiya şikayətində Yasamal Rayon Məhkəməsinin 15 aprel hökmünün qanunsuz olduğu vurğulanıb. Əli Əliyevin vəkili Cavad Cavadov açıqlama yayaraq qeyd edib ki, Azərbaycan Konstitusiyasına əsasən, heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz: “Bu prinsip Avropa İnsan Hüquqları Konvensiyasında da əksini tapıb. Əli Əliyev Yasamal Rayon Məhkəməsinin 13 yanvarda çıxardığı və artıq qanuni qüvvə almış hökmü ilə, qanunsuz da olsa, böhtana görə məhkum edilib, bu səbəbdən aprelin 15-də ona eyni ittihamla təkrarən cəza kəsilməsi tam qanunsuzdur, həmin işin icraatına xitam verilməlidir”.

Novator.az bildirir ki, Vətəndaş və İnkişaf Partiyası 2007-ci ildə dövlət qeydiyyatına alınıb.

1967-ci il təvəllüdlü Əli Əliyev Azərbaycan Tibb Universitetinin müəllimi, biologiya elmləri namizədidir. 1989-cu ildən siyasi fəaliyyətlə məşğuldur. Azərbaycan Xalq Cəbhəsinin üzvü, Azərbaycan Milli İstiqlal Partiyasının liderlərindən olub.

Əli Əliyev həbs olundu

Əli Əliyevə azadlıq tələbləri

Əli Əliyev: cəmiyyətə və hakimiyyətə çağırış var

Əli Əliyev həbsdə qaldı

Əli Əliyev: ikinci məhkəmə uzanır

Əli Əliyevə yeni hökm oxundu

Əli Əliyev: yeni şikayətdə nə istənir?

Karantin uzanır, maska tələbi qalxır

  • 22 Aprel 2022
  • comments

Hakimlərə cəza hesabatı

  • 22 Aprel 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda