• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əli Əliyev: yeni şikayətdə nə istənir?

  • 21 Aprel 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Aprelin 22-si Bakı Apellyasiya Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin şikayəti üzrə hazırlıq iclası keçiriləcək. Novator.az-ın məlumatına görə, siyasətçinin vəkili Cavad Cavadov yazır ki, apellyasiya şikayətində Yasamal Rayon Məhkəməsinin 15 aprel 2022-ci il hökmünün qanunsuz olduğu vurğulanıb: “Azərbaycan Konstitusiyasına əsasən, heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Bu prinsip Avropa İnsan Hüquqları Konvensiyasında da əksini tapıb. Əli Əliyev Yasamal Rayon Məhkəməsinin 13 yanvar 2022-ci ildə çıxardığı və artıq qanuni qüvvə almış hökmü ilə, qanunsuz da olsa, böhtana görə məhkum edilib, bu səbəbdən aprelin 15-də ona eyni ittihamla təkrarən cəza verilməsi tam qanunsuzdur. Bakı Apellyasiya Məhkəməsi ilkin baxış mərhələsində həmin işin icraatına xitam verməlidir”.

2021-ci il noyabrın 30-u Xızı rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi vertolyotu qəzaya uğrayıb, 14 nəfər həlak olub, polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yüngül xəsarətlər alıblar. Əli Əliyev internetdə yayılan bir müsahibəsində Emil Cəfərov və Ramin Ədilovun qəzaya uğramış vertolyotda olmadıqları iddiasını irəli sürüb. Hərbçilər bu iddianı şərəf və ləyaqətlərinin alçaldılması, nüfuzlarına zərbə sayaraq məhkəməyə üz tutublar. Emil Cəfərov və Ramin Ədilov Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayətlərində siyasətçinin böhtana (yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yayma) görə məsuliyyətə cəlb olunmasını istəyiblər.

Əli Əliyev Yasamal Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il hökmü ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm polkovnik-leytenant Emil Cəfərovun şikayəti əsasında çıxarılıb, fevralın 14-də Bakı Apellyasiya Məhkəməsi bu cəzanı qüvvədə saxlayıb.

Aprelin 15-də Yasamal Rayon Məhkəməsi iş üzrə ikinci prosesi bitirib. Siyasətçiyə əvvəlki hökm nəzərə alınmaqla qəti olaraq 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.

15 aprel hökmü kapitan Ramin Ədilovun şikayəti əsasında oxunub, cəzaların toplanması üsulu tətbiq edilib. Yekun cəza 2022-ci il iyulun 13-də bitir.

Vətəndaş və İnkişaf Partiyası 2007-ci ildə dövlət qeydiyyatına alınıb.

1967-ci il təvəllüdlü Əli Əliyev Azərbaycan Tibb Universitetinin müəllimi, biologiya elmləri namizədidir. 1989-cu ildən siyasi fəaliyyətlə məşğuldur. Azərbaycan Xalq Cəbhəsinin üzvü, Azərbaycan Milli İstiqlal Partiyasının liderlərindən olub.

Əli Əliyev həbs olundu

Əli Əliyevə azadlıq tələbləri

Əli Əliyev: cəmiyyətə və hakimiyyətə çağırış var

Əli Əliyev həbsdə qaldı

Əli Əliyev: ikinci məhkəmə uzanır

Əli Əliyevə yeni hökm oxundu

Nə ixrac olunur, hara gedir?

  • 21 Aprel 2022
  • comments

Naxçıvanın makroiqtisadi göstəriciləri

  • 21 Aprel 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

Son materiallar

comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda