2022-ci ilin ilk rübündə Azərbaycanda 3584 fövqəladə hadisə baş verib. Rəsmi hesabata görə, bu, 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 68% çoxdur.
Hadisələr nəticəsində 23 nəfərin həlak olduğu, 70 nəfərin xəsarət aldığı bildirilir.
Fövqəladə Hallar Nazirliyi qeyd edir ki, 22 nəfər yanğınlarda, 1 nəfər fərdi evdə partlayış nəticəsində həyatını itirib.