Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2022-ci ilin yanvar-mart aylarında Azərbaycanın əsas ticarət tərəfdaşı İtaliya olub. Bu ölkə ilə ticarət dövriyyəsi 3,9 milyard dollar göstərilir. Novator.az bildirir ki, qalan əsas ticarət tərəfdaşları dövriyyəyə görə belə sıralanır:
Türkiyə – 1,4 milyard dollar
Rusiya – 631,3 milyon dollar
Çin – 481,4 milyon dollar
Ukrayna – 402,4 milyon dollar
Portuqaliya – 393 milyon dollar
İsrail – 338 milyon dollar
Yunanıstan – 288 milyon dollar
Gürcüstan – 257,8 milyon dollar
Tailand – 247,3 milyon dollar
Almaniya – 245 milyon dollar
Qazaxıstan – 185,9 milyon dollar
Böyük Britaniya – 178,5 milyon dollar
Rumıniya – 143,6 milyon dollar
Hindistan – 141,8 milyon dollar.