• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Artım iddiası, real mənzərə

  • 18 Aprel 2022
0
SHARES
FacebookTwitterPinterest

Prezident İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan 12 aprel müşavirəsində üç ayda əhalinin gəlirlərinin təxminən 20 faiz artdığını deyib. Novator.az-ın məlumatına görə, iqtisadçı, Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli bu iddianı şərh edərək yazır: “2022-ci il martın 1-nə Azərbaycanın 10 milyon 164 min 500 nəfərə yaxın əhalisi olub. Ötən ilin sonuna ölkədə muzdlu işçilərin 903 min 600 nəfəri dövlət, 795 min 700 nəfəri özəl sektorda çalışıb. 2022-ci ilin yanvarına olan məlumata görə, ölkədə 1 milyon 197 min pensiyaçı var. Yenə rəsmi rəqəmlərə əsasən, ölkədə 2,7 milyon nəfərin yaşı 18-dən azdır. Aqrar sektorda çalışanlar rəsmi olaraq 1,7 milyon nəfər sayılır, təqribən 800 minə yaxın şəxs də fərdi sahibkar kimi qeydə alınıb.

Dövlət sektorunda çalışanların maaşlarında ortalama 10-12 faiz artım var – onların sayı 903600 nəfərdir.

Özəl sektorda maaş artımına dövlətin müdaxiləsi ancaq minimum əməkhaqqına görə ola bilər. Minimum maaş 250 manatdan 300 manata qaldırılıb.

1 milyon 200 minə yaxın pensiyaçı var, yanvar-mart aylarında pensiyaların orta aylıq məbləği 9,4 faiz artaraq 363 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9,1 faiz artaraq 394 manata çatıb. Gəlir artımı 9 faiz ətrafındadır.

Aqrar sektorda adına pay torpaq, həyətyani sahə olan hər kəsin adını fermer qoyub qeydiyyata alırlar, onların dövriyyəsi və gəliri haqqında rəsmi məlumat tapmaq mümkün deyil, amma inanmıram ilk rübdə fermerin gəlirləri 20 faiz artsın, əksinə, bu aylarda fermer daha çox kisədən yeyir, mövsümə hazırlaşır.

Fərdi sahibkar kimi çalışanların gəlirlərində də 20 faiz artım olması şübhəlidir. Amma bunu tam dəqiq bilmək olar – Dövlət Vergi Xidməti VÖEN-lə çalışanların dövriyyəsini və ödənişlərinin həcmini açıqlasın, görək onların gəlirləri nə qədər artıb. Vergiləri artmayıbsa, gəlirləri də arta bilməz.

Prezidentin və rəsmi təbliğatın “gəlirlər 20 faiz artıb” tezisi ancaq minimum əməkhaqqına aiddir, bir tək o sahədə, doğrudan da 20 faizlik artım var. Digər kateqoriyalara daxil olan insanların gəlirlərinin orta artımı 8-10 faiz olub, bu da standart 4 nəfərlik ailə timsalında hesablansa, daha aşağı göstəricilər alınır.

Yaxşı, bəs bu 20 faiz söhbəti haradan çıxıb? Rəsmi statistikaya görə, Azərbaycanda əhalinin nominal gəlirləri 2022-ci ilin birinci rübü ərzində 18,9 faiz artıb. Əhalinin hər nəfərinə düşən nominal gəlirlər 1593,2 manat təşkil edib, bu da illik müqayisədə 18,5 faiz artım deməkdir. Yəni hətta rəsmi rəqəmlər də 20 faiz deyil, 18,5 faizdir və bu, real artım deyil, nominal artımdır. Rəsmi statistikaya görə, ilk rübdə ərzaq inflyasiyası 17 faizdirsə, əhalinin real gəlirləri, demək olar, artmayıb, çünki əhali qazancının 75 faizə yaxınını ərzağa və kommunal xidmətlərə xərcləyir”.

İş və işsizlik

  • 18 Aprel 2022

Çinin Rusiyadan ötrü gördüyü çirkin əməllər – “Vaş...

  • 18 Aprel 2022

Son materiallar

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

comments
Dünyanın səsiManşetXəbər

Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə benzin necəyədir?

comments
Dünyanın səsiManşetXəbər

Rusiyaya təzyiq, Çinə nəzarət – “Reuters”

Rəylər

Do not miss

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

Son materiallar

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

comments
Dünyanın səsiManşetXəbər

Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə benzin necəyədir?

comments
Dünyanın səsiManşetXəbər

Rusiyaya təzyiq, Çinə nəzarət – “Reuters”

comments
ManşetŞərh

Dalana doğru

comments
ManşetXəbər

Dərs ili haçan başlasın? (Sorğunun nəticələri)

comments
ManşetXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
ManşetXəbər

Manatdan baha valyutalar

comments
ManşetXəbər

Azərbaycanın koronavirus statistikası

comments
Dünyanın səsiManşetXəbər

Avropa İttifaqı Ukrayna və Moldovaya namizəd statusu verdi

comments
ManşetXəbər

Tofiq Yaqublu anasının ilinə də buraxılmır

comments
Dünyanın səsiManşetXəbər

Putinin dünya arenasına qayıdışı – CNN

comments
ManşetXəbər

Əli Əliyevin cəza müddəti 1 ilə qalxdı

comments
Dünyanın səsiManşetXəbər

Ermənistan ehtiyatda olanları hərbi toplanışa çağırır

comments
ManşetXəbər

Neftin büdcə qiyməti artırılır

comments
Dünyanın səsiManşetXəbər

Rusiya təhdidi: F-16 qırıcılarının istismar müddəti artırıldı

comments
ManşetŞərh

Pulun bəlli istiqaməti

comments
AktualManşetŞərh

Bahalıq artımları

comments
ManşetXəbər

Erkin Qədirli komitə sədrinin müavini seçilib

comments
Dünyanın səsiManşetXəbər

Qonşuluqda xəstə sayı

comments
Dünyanın səsiManşetXəbər

Bolqarıstanda hökumət böhranı

comments
ManşetXəbər

Aytən Məmmədova: “Araşdırma davam edir”

comments
ManşetXəbər

Rəsmilərin maaşında yenilik təklifləri

comments
AktualXəbər

Bölgələr üzrə kredit və əmanət

comments
AktualDünyanın səsiManşetŞərh

Uyğur müsibəti Ukrayna müsibəti kimidir – “Politico”

comments
ManşetXəbər

Bankların beş ayı

comments
ManşetXəbər

Büdcədə yeniliklər ilk oxunuşdan keçdi

comments
ManşetXəbər

Ali Məhkəmə Əli Əliyevi həbsdə saxladı

comments
AktualManşetXəbər

Tərs artımlar

comments
AktualManşetXəbər

Erməni professorun Mustafa Hacıbəyliyə məktubu

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda