• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Polad Aslanovun yoldaşı nədən gileylidir?

  • 14 Aprel 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Məhbus jurnalist Polad Aslanovun həyat yoldaşı Gülmira Aslanova açıqlama yayıb. O qeyd edir ki, Bakının Nizami rayonundakı 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan yoldaşını aprelin 1-də məhkumlardan biri döyüb: “Baş prokurora, Nizami rayon prokuroruna teleqram göndərmişəm, Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkədəki nümayəndəliyinə, Ombudsman Aparatına məlumat vermişəm, Penitensiar Xidmətin binası qarşısında təkbaşına etiraz aksiyası keçirmişəm.

Aprelin 9-da Nizami Rayon Prokurorluğunun müstəntiqi Anar Namazovun qəbulunda oldum. Mənə söz verdi ki, Polada baş çəkib ifadəsini alacaq, araşdırma aparacaq, tibbi ekspertiza təyin olunacaq.

Aprelin 13-də Polad zəng vurmuşdu. Deyir döyülməyimlə bağlı heç bir araşdırma aparılmır, məni vuran şəxs isə yenə bir otaqda qaldığımız yaxınlarının yanına gəlib-gedir”.

Gülmira Aslanova əlavə edir ki, müstəntiq Anar Namazov onun zənglərinə cavab vermir.

Novator.az bildirir ki, Xeberman.com və Press-az.com saytlarının baş redaktoru olan Polad Aslanovu 2019-cu il iyunun 12-də Dövlət Təhlükəsizliyi Xidməti həbs edib, ona dövlətə xəyanət ittihamı verilib.

Rəsmi açıqlamaya görə, Polad Aslanov xarici xüsusi xidmət orqanları ilə maddi maraq müqabilində əməkdaşlığa cəlb edilib, aldığı tapşırıqlar əsasında topladığı məlumatları Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlayıb.

2020-ci il noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistə 16 il azadlıqdan məhrumetmə cəzası kəsib, 2021-ci il fevralın 15-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb, 2022-ci il fevralın 24-də Ali Məhkəmə cəzanı 13 ilə endirib.

14 aprel qiyməti

  • 14 Aprel 2022
  • comments

Entoni Blinken Dövlət Departamentinin hesabatını n...

  • 14 Aprel 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda