• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ən yeni seçki sorğusu

  • 14 Aprel 2022
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Fransanın sorğu mərkəzləri prezident seçkisinin ikinci turu ilə bağlı araşdırmaları davam etdirir. “Elabe” tədqiqat və məsləhət firmasının 12-13 apreldə 1627 respondent arasında keçirdiyi sorğunun nəticələrinə görə, dövlət başçısı Emmanuel Makron ikinci turda 53,5%, onun müxalif rəqibi Marin Le Pen 46,5% səs toplaya bilər.

Başqa qurumların 11-13 apreldə apardığı sorğularda Emmanuel Makrona dəstək 53-55%, Marin Le Penə dəstək 45-47% arasında dəyişir.

Novator.az bildirir ki, prezident seçkisinin aprelin 10-da keçirilmiş ilk turunda Emmanuel Makron 27,8%, Marin Le Pen 23,1% səs toplayıb. Onların ikinci tur mübarizəsi aprelin 24-nə təyin olunub.

1977-ci il təvəllüdlü Emmanuel Makron Paris Siyasi Tədqiqatlar İnstitutunu və Milli Administrasiya Məktəbini bitirib. 2014-2016-cı illərdə iqtisadiyyat, sənaye və rəqəmli texnologiyalar naziri postunu tutub.

2016-cı ildə yaradılmış “İrəli, respublika!” hərəkatının lideri olan Emmanuel Makron 2017-ci il mayın 7-də prezident seçilib, mayın 14-də səlahiyyətlərinin icrasına başlayıb.

2017-ci il seçkisinin ilk turunda (23 aprel) Emmanuel Makronla Marin Le Pen önə çıxmış, ikinci turda (7 may) Emmanuel Makron 66,1% səslə üstün gəlmişdi.

Marin Le Pen 1968-ci il avqustun 5-də doğulub. Panteon-Assas Universitetini hüquqçu ixtisası ilə bitirib.

1986-cı ildə atası Jan-Mari Le Penin liderlik etdiyi Milli Cəbhə Partiyasına qoşulub. 2011-ci ildə təşkilatın sədri seçilib. 2018-ci ildən qurum Milli Birlik Partiyası adlanır.

Marin Le Pen parlamentin aşağı palatasının üzvüdür.

Emmanuel Makron Fransanın 8-ci prezidentidir. 1959-1969-cu illərdə dövlət başçısı postunu Şarl de Qoll, 1969-1974-cü illərdə Jorj Pompidu, 1974-1981-ci illərdə Valeri Jiskar d’Esten, 1981-1995-ci illərdə Fransua Mitteran, 1995-2007-ci illərdə Jak Şirak, 2007-2012-ci illərdə Nikola Sarkozi, 2012-2017-ci illərdə Fransua Oland tutub.

İşgəncə işi yeni mərhələyə gedir

  • 14 Aprel 2022
  • comments

Koronavirus statistikası

  • 15 Aprel 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda