• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Enerji: hara enerji sərf etməli?

  • 13 Aprel 2022
0
SHARES
FacebookTwitterPinterest

İqtisadçı Rövşən Ağayev alternativ enerjiyə (“yaşıl enerji”) keçiddən yazıb. Novator.az-ın məlumatına görə, ekspert Bakuresearchinstitute.org saytında çıxan məqaləsində ev təsərrüfatları və kiçik biznesin enerji istehsalçıları kimi necə dəstəklənə biləcəyinə də toxunur: “Yaşıl enerji”yə keçidin potensial üstünlüklərindən biri enerji sisteminin nəhəng milli və transmilli şirkətlərin hegemonluğundan çıxması şansıdır. Hətta ayrıca götürülmüş bir ev təsərrüfatı, kiçik biznes subyekti də çox məhdud sərmayə ilə enerji istehsalçısına çevrilə bilir. “Yaşıl enerji” hökumətlərin enerji bazarında dövlət adından sərt inhisarçılığına son qoymaq üçün də unikal fürsətlər yaradır. Amma hökumətlər yeniliyə müqavimət göstərmək əvəzinə onun yolunu açmalı, sərəncamlarında olan tənzimləmə alətləri və resurslar vasitəsilə prosesi sürətləndirməlidir. Hansı addımlar atıla bilər?

Birincisi, kənd yerlərində fərdi evlərin, şəhərlərdə isə çoxmərtəbəli binaların günəş panelləri əsasında enerji ilə təminatı üçün dövlət proqramı qəbul edilməlidir. Bu istiqamətdə ilk addım atılıb. “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması qaydaları”na görə, 150 kilovat-saatdan aşağı gücdə bərpa olunan stansiyaların quraşdırılması üçün hər hansı icazə tələb edilmir.

150 kilovat-saat enerji gücü nə qədər ev təsərrüfatının ehtiyacını qarşılaya biləcək həcmdə enerji istehsalına imkan verər? İstehsal gücündən istifadə əmsalı orta hesabla illik 25% təşkil edərsə, bu, ildə təxminən 350 min, ayda 30 min kilovat-saat enerji istehsalı deməkdir. Bu isə 60-70 mənzildən ibarət çoxmərtəbəli binanın hətta istilik ehtiyaclarını da qarşılaya biləcək həcmdə enerji istehsalı deməkdir.

Kənd yerlərində ayrıca götürülmüş bir fərdi evdə 6-8 kilovat-saat enerji gücündə günəş panelləri tələbata uyğun enerji istehsalını təmin edə bilər.

Günəş panellərinin satışı və quraşdırılması ilə məşğul olan müxtəlif firmalardan əldə olunan məlumatlar göstərir ki, hazırda 1 kilovat-saat enerji gücünün quraşdırılması təxminən 1200-1500 manat intervalında dəyişir. Yəni hər hansı fərdi ev sahibinin bu layihəni gerçəkləşdirməsi üçün 7500-10000 manat arasında vəsait tələb edilir.

Hökumətin kiçik istehsalçıların, xüsusilə öz istehlakı məqsədilə bərpa olunan enerji istehsal edən subyektlərin stimullaşdırılması üçün mexanizmlər hazırlaması mümkündür. Həmin mexanizmə əsasən, tələb olunan sərmayənin üçdə biri qrant şəklində əvəzsiz verilə, üçdə biri güzəştli bank krediti, üçdə biri ev təsərrüfatlarının öz vəsaiti formasında gerçəkləşə bilər.

İkincisi, dövlət-özəl sektor tərəfdaşlığı modeli əsasında kiçik və orta biznes subyektlərinin bioenerji istehsalının dəstəklənməsi çox vacibdir. Söhbət xüsusi poliqonların olmaması səbəbindən açıq havaya atılan məişət tullantılarından elektrik enerjisinin, eləcə də heyvan mənşəli tullantıların emalından bioqazın alınmasından gedir.

Bakının Balaxanı qəsəbəsində tullantıların yandırılması əsasında elektrik enerjisi istehsalı təcrübəsi var. Rəsmi statistikanın məlumatına görə, həmin emal nəticəsində ildə orta hesabla 201 milyon kilovat-saata yaxın enerji istehsal edilir. Amma bu layihənin üstünlüyü yalnız iqtisadiyyata elektrik enerjisi qazandırması deyil. Qəbul edilən tullantılar çeşidlənir və yandırılmaya getməyən hissə (təxminən 200 min ton) təkrar emala gedir. Nəticədə iqtisadiyyat əlavə məhsul və müəyyən sayda davamlı iş yeri qazanmış olur.

Həm də tullantıların açıq havaya atılması təcrübəsinə son qoyulması ekoloji sağlamlığın təmin edilməsinə töhfə verir. Hazırda ölkənin əyalətlərində tullantıların hamısı (istər məişət, istərsə də təsərrüfat tullantıları) faktiki olaraq təbiətə atılır.

Dünyada heyvan tullantılarının enerjiyə çevrilməsi sahəsində kifayət qədər uğurlu təcrübə var. Almaniyada heyvan tullantılarını enerjiyə çevirən 8000-ə yaxın müəssisənin 4000 meqavata qədər istehsal gücü var. Bu, Azərbaycanın bütün enerji sisteminin ümumi gücünün 60%-nə bərabərdir. Hesablamalara görə, bioqazın bütün mümkün potensialı istifadə edilərsə, dünyada elektrik istehlakının orta hesabla 20%-ni, biometan qazı kimi istifadə ediləcəyi halda isə təbii qaz istehlakının təxminən üçdə birini bu mənbə hesabına təmin etmək mümkündür.

Məlumata görə, İsveçdə 1250 milyon mənzilin qızdırılması, 600 min evin isə elektrik təminatı tullantıların enerjiyə çevrilməsi hesabına təmin edilir. Bu potensialın Azərbaycanda yaradılması o deməkdir ki, ölkə üzrə bütün mənzillərin təxminən 50%-nin istiliyi, 25%-nin isə elektriki tullantıların emalı sayəsində mümkün olar.

Azərbaycan prezidenti 2018-ci ilin noyabrında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair milli strategiya təsdiqləyib. 2018-2022-ci illərə aid həmin sənəddə bərk məişət tullantılarının yığılması xidmətlərinin ölkədəki bütün yaşayış və biznes obyektlərinə doğru genişləndirilməsi nəzərdə tutulub. Müəyyən edilən əsas istiqamətlərdən biri bərk məişət tullantılarından enerji alınması üçün müvafiq tədbirlər görülməsidir. İndiki halda isə ən məqbul variant hökumətin 2030-cu il prioritetləri çərçivəsində “tullantısız iqtisadiyyat” hədəfi müəyyənləşdirməsi və uyğun adda dövlət proqramı qəbul etməsi ola bilər”.

Ərzaq 33,6% bahalaşıb

  • 13 Aprel 2022

Hər 100 ailəyə 56 maşın

  • 13 Aprel 2022

Son materiallar

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

comments
Dünyanın səsiManşetXəbər

Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə benzin necəyədir?

comments
Dünyanın səsiManşetXəbər

Rusiyaya təzyiq, Çinə nəzarət – “Reuters”

Rəylər

Do not miss

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

Son materiallar

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

comments
Dünyanın səsiManşetXəbər

Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə benzin necəyədir?

comments
Dünyanın səsiManşetXəbər

Rusiyaya təzyiq, Çinə nəzarət – “Reuters”

comments
ManşetŞərh

Dalana doğru

comments
ManşetXəbər

Dərs ili haçan başlasın? (Sorğunun nəticələri)

comments
ManşetXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
ManşetXəbər

Manatdan baha valyutalar

comments
ManşetXəbər

Azərbaycanın koronavirus statistikası

comments
Dünyanın səsiManşetXəbər

Avropa İttifaqı Ukrayna və Moldovaya namizəd statusu verdi

comments
ManşetXəbər

Tofiq Yaqublu anasının ilinə də buraxılmır

comments
Dünyanın səsiManşetXəbər

Putinin dünya arenasına qayıdışı – CNN

comments
ManşetXəbər

Əli Əliyevin cəza müddəti 1 ilə qalxdı

comments
Dünyanın səsiManşetXəbər

Ermənistan ehtiyatda olanları hərbi toplanışa çağırır

comments
ManşetXəbər

Neftin büdcə qiyməti artırılır

comments
Dünyanın səsiManşetXəbər

Rusiya təhdidi: F-16 qırıcılarının istismar müddəti artırıldı

comments
ManşetŞərh

Pulun bəlli istiqaməti

comments
AktualManşetŞərh

Bahalıq artımları

comments
ManşetXəbər

Erkin Qədirli komitə sədrinin müavini seçilib

comments
Dünyanın səsiManşetXəbər

Qonşuluqda xəstə sayı

comments
Dünyanın səsiManşetXəbər

Bolqarıstanda hökumət böhranı

comments
ManşetXəbər

Aytən Məmmədova: “Araşdırma davam edir”

comments
ManşetXəbər

Rəsmilərin maaşında yenilik təklifləri

comments
AktualXəbər

Bölgələr üzrə kredit və əmanət

comments
AktualDünyanın səsiManşetŞərh

Uyğur müsibəti Ukrayna müsibəti kimidir – “Politico”

comments
ManşetXəbər

Bankların beş ayı

comments
ManşetXəbər

Büdcədə yeniliklər ilk oxunuşdan keçdi

comments
ManşetXəbər

Ali Məhkəmə Əli Əliyevi həbsdə saxladı

comments
AktualManşetXəbər

Tərs artımlar

comments
AktualManşetXəbər

Erməni professorun Mustafa Hacıbəyliyə məktubu

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda