• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Türkiyədə seçim havası

  • 12 Aprel 2022
  • comments
  • hikmet
  • Posted in AktualDünyanın səsiManşetXəbər

Türkiyədə 2023-cü ilin iyun ayında keçiriləcək parlament seçkisində yeni sistem tətbiq olunacaq. Novator.az bildirir ki, 600 nəfərlik Böyük Millət Məclisinə düşmək üçün minimal səs həddi 10 faizdən 7 faizə endirilib.

Parlament seçkisi ilə eyni gündə olası prezident seçkisində qələbə üçün tələb olunan sadə səs çoxluğu (50 faiz+) sistemi qüvvədə qalır.

Türkiyənin indiki parlamenti 24 iyun 2018-ci il seçkisində formalaşıb, hazırda 581 millət vəkili var.

Ədalət və İnkişaf Partiyası Türkiyə Böyük Millət Məclisində 285 mandatla təmsil olunur.

Cümhuriyyət Xalq Partiyasının 135, Xalqların Demokratik Partiyasının 56, Milliyyətçi Hərəkat Partiyasının 48, Yaxşı Partiyanın 36, Türkiyə Fəhlə Partiyasının 4, Demokrat və Məmləkət partiyalarının 2, Böyük Birlik, Demokratik Bölgələr, Demokratiya və Sıçrayış, Səadət, Yenilik və Zəfər partiyalarının 1 mandatı var, 7 deputat partiyasızdır.

2001-ci ildə yaradılmış Ədalət və İnkişaf Partiyası 2002-ci ildən bəri hakim partiyadır. Partiyanın 1954-cü il təvəllüdlü lideri Rəcəb Teyyub Ərdoğan 1994-1998-ci illərdə İstanbul bələdiyyəsinin başçısı postunu tutub, 2003-2014-cü illərdə baş nazir olub. 2014-cü ildən prezidentdir.

24 iyun 2018-ci ildən Türkiyədə idarə üsulu dəyişib: baş nazir postu ləğv edilib, prezident həm dövlət, həm də hökumət başçısı olub.

Həmin vaxta qədər Türkiyə parlament respublikası idi, hökumət Böyük Millət Məclisinə seçkinin nəticələri əsasında qurulurdu.

2023-cü ilin prezident seçkisində dövlət başçısı Rəcəb Teyyub Ərdoğanın mümkün rəqibləri Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu, bu qurumun üzvləri Mənsur Yavaş (Ankara bələdiyyəsinin başçısı), Əkrəm İmamoğlu (İstanbul bələdiyyəsinin başçısı), Yaxşı Partiyanın lideri Maral Akşener, Səadət Partiyasının lideri Təməl Qaramollaoğlu, Demokratiya və Sıçrayış Partiyasının lideri Əli Babacan, Gələcək Partiyasının lideri Əhməd Davudoğlu, Demokrat Partiyasının lideri Gültəkin Uysal və başqalarıdır.

Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı Rəcəb Teyyub Ərdoğana dəstək verəcək.

Miqrasiya qurumunun hesabatı

  • 12 Aprel 2022
  • comments

ADR-in aksiyası

  • 12 Aprel 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda