• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Gedişin şərhi

  • 12 Aprel 2022
  • comments
  • hikmet
  • Posted in Şərh

Mərkəzi Bankın sədri Elman Rüstəmov aprelin 12-də İdarə Heyətindən gedir. Onu “Paşa Bank”ın baş icraçı direktoru və İdarə Heyətinin sədri Taleh Kazımov əvəz edəcək.

Novator.az-ın məlumatına görə, iqtisadçı Samir Əliyev yazır ki, Azərbaycanın bank sistemi müsbət və mənfi tərəfləri ilə birlikdə Elman Rüstəmovun əl işidir: “O, 1992-1995-ci illərdə Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini, 1995-ci ildən sədri olub. Elman Rüstəmov bank sektorunda daim konservativ yanaşma tətbiq edib, bankların xarici maliyyə bazarına çıxışı məhdud olub, xarici bankların ölkəyə girişi mümkünsüz edilib.

Onun rəhbərliyi dövründə əhalinin banklara və milli valyutaya inamı bərpa olunub (2015-ci ildəki devalvasiyaya qədər). Ölkədə dollarlaşma səviyyəsi aşağı düşüb, inflyasiya səviyyəsi, o cümlədən idxal inflyasiyası minimuma endirilib.

Təəssüf ki, bank sektorunda kredit faizlərinin yüksəkliyi, kiçik və orta sahibkarlığın kreditə əlçatanlığının zəif olması, bankların məhdud xidmətlər göstərməsi, müştərilərin hüquqlarını pozulması kimi problemlər həllini tapmayıb.

Elman Rüstəmovun fəaliyyətində əsas nöqsan bank sisteminin, valyuta rejiminin liberal olmamasıdır. Ancaq bunun səbəbini ölkə iqtisadiyyatının strukturunda axtarmaq lazımdır. İqtisadiyyatı liberal olmayan ölkədə bank sektorunun liberallaşması da mümkünsüzdür”.

İqtisadçı, REAL Partiyasının funksioneri Natiq Cəfərli qeyd edir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmovun başqa şəxslə əvəzlənməsi heç nəyi dəyişə bilməz: “Mərkəzi Bank nəzəriyyədə çox vacib dövlət institutudur, müstəqil, hətta hökumətə pozitiv anlamda müxalif olmalıdır. Onun fəlsəfəsi ölkədə makroiqtisadi sabitliyə nail olmaq, əlindəki alətlərlə inflyasiyaya qarşı mübarizə aparmaqdır. Mərkəzi Bank iqtisadi sistemin tənzimlənməsi üçündür, birjalara, maliyyə və səhm bazarına yön verən institutdur.

Bizdə Mərkəzi Bank müstəqildirmi? Yox. İqtisadi institutlar, səhm bazarı, valyuta bazarı varmı? Yox. Mərkəzi Bank hökuməti, məsələn, Maliyyə Nazirliyini tənqid edə bilərmi? Yox. Mərkəzi Bankın uçot dərəcəsi inflyasiya təsir edirmi? Yox.

Yəni Mərkəzi Bankda rəhbərin ismi deyil, oyun qaydaları, oturuşmuş iqtisadi model, iqtisadi institutlar önəmlidir, məmləkətdə isə belə model yoxdur”.

Azərbaycan Konstitusiyasına görə, Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi parlamentin, İdarə Heyəti üzvləri sırasından Mərkəzi Bankın sədrini seçmək dövlət başçısının səlahiyyətindədir.

İki dövlət NATO-nun astanasında. Moskva etiraz edi...

  • 12 Aprel 2022
  • comments

Çıxdaş iddiaçılar kimə dəstək verir?

  • 12 Aprel 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda