• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tanış rəqiblər

  • 11 Aprel 2022
  • comments
  • hikmet
  • Posted in AktualDünyanın səsiManşetXəbər

Novator.az Fransada prezident seçkisinin ikinci turuna çıxmış namizədləri təqdim edir.

Aprelin 10-da keçirilmiş ilk turda dövlət başçısı Emmanuel Makron (27,8%) və müxalif lider Marin Le Pen (23,1%) uğur qazanıblar. Onlar mübarizəni aprelin 24-nə təyin olunan ikinci turda davam etdirəcək.

Beş il öncə də eyni hal yaşanmışdı. 2017-ci il aprelin 23-də keçirilmiş prezident seçkisində Emmanuel Makron 24%, Marin Le Pen 21,3% səs toplamış, ikinci turda (7 may) Emmanuel Makron 66,1% səslə qalib olmuş, Marin Le Pen 33,9% nəticə göstərmişdi.

Emmanuel Makron 1977-ci il dekabrın 21-də doğulub. Paris Siyasi Tədqiqatlar İnstitutunu və Milli Administrasiya Məktəbini bitirib. Bank sektorunda çalışıb, Fransa prezidenti yanında baş katibin müavini olub. 2014-2016-cı illərdə iqtisadiyyat, sənaye və rəqəmli texnologiyalar naziri postunu tutub.

Əvvəllər Sosialist Partiyasının üzvü olan Emmanuel Makron 2016-cı ildə “İrəli, respublika!” hərəkatını yaradıb, 2017-ci il mayın 7-də prezident seçilib, mayın 14-də səlahiyyətlərinin icrasına başlayıb.

Marin Le Pen 1968-ci il avqustun 5-də doğulub. Panteon-Assas Universitetini hüquqçu ixtisası ilə bitirib.

1986-cı ildə atası Jan-Mari Le Penin liderlik etdiyi Milli Cəbhə Partiyasına qoşulub. 2011-ci ildə təşkilatın sədri seçilib. 2018-ci ildən qurum Milli Birlik Partiyası adlanır.

Marin Le Pen parlamentin aşağı palatasının üzvüdür.

Emmanuel Makron Fransanın 8-ci prezidentidir. 1959-1969-cu illərdə dövlət başçısı postunu Şarl de Qoll, 1969-1974-cü illərdə Jorj Pompidu, 1974-1981-ci illərdə Valeri Jiskar d’Esten, 1981-1995-ci illərdə Fransua Mitteran, 1995-2007-ci illərdə Jak Şirak, 2007-2012-ci illərdə Nikola Sarkozi, 2012-2017-ci illərdə Fransua Oland tutub.

Dünyanın yolu, bizim yol

  • 11 Aprel 2022
  • comments

İlahiyyat İnstitutunun yeni binası

  • 11 Aprel 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda