“Keşlə” futbol klubunun adı rəsmən dəyişib: “Şamaxı”. Komanda ev oyunlarını ötən ilin payızında istifadəyə verilmiş 2200 yerlik Şamaxı şəhər stadionunda keçirəcək.
1997-ci ildə Bakıda “Xəzər Universiteti” adı ilə yaradılan klub 2004-cü ildən “İnter”, 2017-ci ildən “Keşlə” adlanıb.
Novator.az bildirir ki, komanda 2008 və 2010-cu illərdə Azərbaycan çempionu olub, 2009, 2014 və 2015-ci illərdə gümüş, 2012, 2017 və 2020-ci illərdə bürünc medal qazanıb, 2018 və 2021-ci illərdə ölkə kubokunu əldə edib.