• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Avroviziya 2022”ni Ukrayna uda bilər

  • 07 Aprel 2022
  • comments
  • hikmet
  • Posted in AktualDünyanın səsiManşetXəbər

Bukmeker kontorlarında pul qoyuluşu statistikasına əsaslanan Eurovisionworld.com saytı “Avroviziya 2022” mahnı müsabiqəsi iştirakçılarının şansları ilə bağlı məlumat dərc edib. Novator.az bildirir ki, xəbərə görə, mayda İtaliyanın Turin şəhərində keçiriləcək yarışda qələbəyə ən çox Ukraynanın “Kaluş” qrupunun şansı var: 32%.

İtaliya nümayəndələri Alessandro Mahmud və Rikkardo Fabbrikoniyə 17% şans verilir.

İsveçli Korneliya Yakobsun qələbə imkanı 14% göstərilir.

Böyük Britaniyadan Sem Rayder 5%, polşalı Kristian Oçman, Yunanıstandan Amanda Tenford və İspaniyadan Şanel Terrero 3% şansla qiymətləndirilir.

Norveçdən “Subwoolfer” qrupu, Niderlanddan Stin den Hollander, Avstraliyadan Şeldon Rayli 2% şanslı sayılır.

“Avroviziya 2022”yə 40 ölkə qatılır. Azərbaycanın təmsilçisi Nadir Rüstəmlidir.

Yarışın ilk yarımfinalı mayın 10-na, ikinci yarımfinalı mayın 12-nə, finalı mayın 14-nə təyin olunub.

İctimai teleradioları bir araya gətirən Avropa Yayım Birliyi “Avroviziya” yarışını 1956-cı ildən keçirir. Müsabiqədə İrlandiya 7, İsveç 6, Böyük Britaniya, Fransa, Lüksemburq, Niderland 5, İsrail 4, Danimarka, İtaliya, Norveç 3, Almaniya, Avstriya, İspaniya, İsveçrə, Ukrayna 2 dəfə, Azərbaycan, Belçika, Estoniya, Finlandiya, Latviya, Monako, Portuqaliya, Rusiya, Serbiya, Türkiyə, Yuqoslaviya, Yunanıstan 1 dəfə qalib olub.

Azərbaycan “Avroviziya”ya 2008-ci ildən qatılır. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü, 2010-cu ildə Səfurə Əlizadə 5-ci, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci, 2012-ci ildə Səbinə Babayeva 4-cü, 2013-cü ildə Fərid Məmmədov 2-ci, 2014-cü ildə Dilarə Kazımova 22-ci, 2015-ci ildə Elnur Hüseynov 12-ci, 2016-cı ildə Səmra Rəhimli 17-ci, 2017-ci ildə Diana Hacıyeva 14-cü, 2019-cu ildə Çingiz Mustafayev 8-ci, 2021-ci ildə Samirə Əfəndi 20-ci yeri tutub.

“Avroviziya 2018”dəki təmsilçi Aysel Məmmədova yarımfinalda ələnib, 30-cu yerdə qərarlaşıb.

Dili yuxudan oyatmaq

  • 07 Aprel 2022
  • comments

Mənzil üzərində hüquqlar fərmanı

  • 07 Aprel 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0

Tags

  • Mədəniyyət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda