• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Entoni Blinken: “Kreml iflasa uğrayıb”

  • 04 Aprel 2022
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

“Rusiyanın üç əsas məqsədi var idi: Ukraynanı öz iradəsinə tabe etdirib onun suverenliyini, müstəqilliyini əlindən almaq; orada Rusiyayönlü hakimiyyət qurmaq; Qərbi, NATO-nu parçalamaq. Kreml hər üç hədəfində iflasa uğrayıb”. Novator.az-ın məlumatına görə, ABŞ-ın dövlət katibi Entoni Blinken NBC kanalına müsahibəsində Rusiya-Ukrayna müharibəsindən danışarkən belə deyib.

Dövlət katibi qeyd edib ki, Ukrayna xalqı indi daha sıx birləşib: “Suveren, müstəqil Ukraynanın ömrü Rusiya prezidenti Vladimir Putinin siyasi arenadakı ömründən uzun olacaq. Moskvanın nüfuzu xeyli zəifləyib. Rusiyanın ordusu geriləyir, iqtisadiyyatı sarsılır. NATO, Qərb isə son dövrlərdə heç vaxt olmadığı qədər birləşib. Bütün bunlar Rusiyanın böyük uğursuzluğa düçar olduğunu göstərir”.

Eyni zamanda Entoni Blinken qeyd edib ki, bütün əsas hədəflərinin iflasa uğradığını görən Rusiya öz ordusunu yenidən toparlayıb, qruplaşdırıb Ukraynaya, o cümlədən paytaxt Kiyevə növbəti raket zərbələri endirə və yeni dağıntılar törədə bilər.

Dövlət katibi bildirib ki, rus ordusu geriləsə də, Ukraynada müharibə bitməyib, hərbi təcavüz davam edir və bu təcavüzün daha nə qədər ölümə, dağıntıya səbəb olacağı bilinmir, ona görə Rusiyaya qarşı sanksiyalar qüvvədə qalmalı və yeni sanksiyalar tətbiq olunmalıdır.

ABŞ prezidenti Cozef Baydenin Ukraynaya müdafiə sahəsində 2,3 milyard dollardan çox yardım ayırdığını xatırladan Entoni Blinken deyib: “Rusiyanın strateji uğursuzluğa, hətta ola bilsin, artıq məğlubiyyətə uğramasında bu yardım xüsusi rol oynayıb”.

Moskvanın müharibəni dayandırması üçün Kiyevin hansı güzəştlərə gedə biləcəyinə gəlincə, Blinken qeyd edib ki, bu, Ukraynadan, Ukrayna xalqından asılıdır. Dövlət katibi Putinin, Rusiyanın taleyinin isə rus xalqından asılı oldğunu vurğulayıb.

ABŞ-ın Ukraynanı dəstəklədiyini, Rusiyaya təzyiq göstərdiyini deyən Entoni Blinken bəyan edib ki, bu, Moskva ilə istənilən danışıqda Kiyevin mövqeyini möhkəmləndirir.

Mənbə: State.gov

Edamların həyata keçirilməsi əvvəldən Putinin plan...

  • 04 Aprel 2022
  • comments

“Qarabağ” 9-cu zirvəyə doğru

  • 04 Aprel 2022
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda qiymətlər necə dəyişib?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Türkiyə bahalaşma 35 faizi ötür

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Trampın həftəsi – Hüquq professoru yazır

GLOBALS:0

Tags

  • Hüquq
  • Ordu
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

Son materiallar

comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda qiymətlər necə dəyişib?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Türkiyə bahalaşma 35 faizi ötür

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda