• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sərmayə qanunu gəlir

  • 01 Aprel 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Milli Məclisə “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsi daxil olub. Novator.az bildirir ki, prezidentin imzası ilə göndərilən layihəyə görə, qanun yerli və xarici investorların Azərbaycanda həyata keçirdiyi investisiya fəaliyyətinə şamil edilir.

İnvestisiya fəaliyyəti sahəsində dövlət tənzimlənməsinin əsas prinsipləri layihədə belə sıralanır: mülkiyyətin toxunulmazlığı; qanunçuluq; insan və vətəndaş hüquq və azadlıqlarının qorunması və təmin edilməsi; konfidensial məlumatların qorunması.

Sənədə əsasən, dövlət investisiya fəaliyyətinin təşviqi məqsədilə bu tədbirləri həyata keçirir: vergi və digər dövlət ödənişləri üzrə güzəştlərin müəyyən edilməsi; güzəştli şərtlərlə kreditlərin verilməsi; xüsusi iqtisadi zonaların, sənaye parklarının və digər rejimli zonaların yaradılması; dövlət-özəl tərəfdaşlığı mexanizminin genişləndirilməsi; yerli və xarici investorlara Azərbaycanın investisiya potensialı, habelə investisiya fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar, investisiya layihələri və potensial tərəfdaşlar barədə məsləhət və məlumatların verilməsi, bu sahədə müvafiq tədbirlərin təşkili; digər tədbirlər.

İnvestisiya fəaliyyəti bu formalarda həyata keçirilə bilər: hüquqi şəxslərin yaradılması və yenidən təşkili; hüquqi şəxslərdə iştirak paylarının (səhmlərin) əldə edilməsi; xarici hüquqi şəxsin Azərbaycanda filial və nümayəndəliyinin təşkili; fərdi sahibkarlıq; investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilənin bağlanması; əmlakın, o cümlədən əmlak hüquqlarının və pul dəyəri olan digər hüquqların əldə edilməsi; normativ hüquqi aktlarda qadağan olunmayan digər formalar.

Dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları ilə investorlar arasında investisiya fəaliyyəti ilə əlaqədar mübahisələr danışıqlar yolu ilə, inzibati qaydada, tərəflərin qarşılıqlı razılaşması əsasında məhkəmədən kənar digər yollarla və ya “Mediasiya haqqında” qanun nəzərə alınmaqla məhkəmələr vasitəsilə həll edilə bilər.

Tərəflər arasında hər hansı digər razılıq olmadığı halda, habelə Azərbaycanın Mülki Prosessual Məcəlləsində nəzərdə tutulan hüquqi müdafiə vasitələri bitdikdən sonra Azərbaycan Respublikası və xarici investor arasında investisiya fəaliyyəti ilə əlaqədar mübahisəni xarici investor beynəlxalq arbitraja təqdim edə bilər.

Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin qanunsuz qərarları (inzibati aktları) və hərəkətləri (hərəkətsizliyi) nəticəsində investorlara dəyən zərərin əvəzini, o cümlədən əldən çıxmış faydanı Azərbaycan Respublikası və ya müvafiq yerli özünüidarəetmə orqanı ödəyir.

Admiral: “Putinin Ukraynanı zəbt etmək planı alt-ü...

  • 01 Aprel 2022
  • comments

Kanadanın baş naziri Rusiyanı G20-dən çıxarmağa ça...

  • 01 Aprel 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda