Mərkəzi Bank aprelin 1-nə pul bazasını 14 milyard 359,6 milyon manat göstərib. Novator.az bildirir ki, bu, yanvarın 1-i ilə müqayisədə 3 milyard 578 milyon manat azdır. 2022-ci il 17 milyard 937,6 milyon manatla başlamışdı.
Pul bazasına dövriyyədəki pul vəsaitləri, habelə kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarında vəsaitləri daxildir.
Öncəki illərin start göstəriciləri belə rəsmiləşib:
2013-cü il – 10 milyard 515 milyon manat
2014-cü il – 11 milyard 641,9 milyon manat
2015-ci il – 11 milyard 541,9 milyon manat
2016-cı il – 6 milyard 901,8 milyon manat
2017-ci il – 7 milyard 860,5 milyon manat
2018-ci il – 8 milyard 543,2 milyon manat
2019-cu il – 9 milyard 545,7 milyon manat
2020-ci il – 12 milyard 152,5 milyon manat
2021-ci il – 13 milyard 564,2 milyon manat.