Novator.az xarici valyutaların rəsmi məzənnələri üzrə arayışı diqqətə çatdırır.
Mərkəzi Bank 2022-ci ilin ilk iş günü avroya 1,9191 manat qiymət qoyub, yanvarda ən yüksək kurs 1,9506 manat, fevralda 1,9494 manat, martda 1,9039 manat olub.
Gürcüstan larisi 2022-ci ilə 0,5493 manatla başlayıb, yanvarda ən yuxarı məzənnə 0,5583 manat, fevralda 0,5812 manat, martda 0,5485 manat həddində rəsmiləşib.
Rusiya rublu 2022-ci il yoluna 0,0225 manatla çıxıb. Yanvarda zirvə 0,0229 manat, fevralda 0,0227 manat, martda 0,0204 manat göstərilib.
Türkiyə lirəsi 2022-ci ilə 0,1263 manatla start verib, yanvarda maksimal kurs 0,1273 manatı, fevralda 0,1276 manatı, martda 0,1229 manatı ötməyib.
2015-ci ilin devalvasiyalarında ABŞ dollarının rəsmi kursu 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə qiymət 1,7707 manata çatıb. 2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.
Manatın sabitliyi valyuta hərraclarında qorunur.
Dövlət Neft Fondu Mərkəzi Bankın 2022-ci ilin yanvar-fevral aylarında keçirdiyi valyuta hərraclarında 1 milyard 98,2 milyon ABŞ dolları məbləğində vəsait satıb. Yanvarın hərraclarında fonddan 727 milyon dollar, fevralın hərraclarında 371,2 milyon dollar alınıb.
Analoji xərc 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard dollar göstərilib.