• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Partiyaların gəlir və xərcləri

  • 31 Mart 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Azərbaycanda 58 siyasi partiya dövlət qeydiyyatındadır. Novator.az bildirir ki, martın 31-dək onların 31-i Mərkəzi Seçki Komissiyasına 2021-ci il üzrə maliyyə hesabatı verib.

Azərbaycan Naminə Alyans Partiyası, Liberal Partiyası, Respublikaçılar Partiyası, Tərəqqi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Qorqud Partiyası, Milli Vəhdət Partiyası, Böyük Azərbaycan Partiyası, Sosial Demokrat Partiyası, Birlik Partiyası, Təkamül Partiyası, Kommunist Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milli Həmrəylik Partiyasının hesabatlarında hər hansı gəlir və xərclərinin olmadığı göstərilir.

Ədalət Partiyasının hesabatında 1463,9 manat ianə əldə edildiyi, həmin vəsaitin sərf olunduğu bildirilir.

Azərbaycan Xalq Partiyasının hesabatında qeyd olunur ki, qurum 660 manat ianə alıb, həmin vəsait xərclənib.

Vətəndaş və İnkişaf Partiyasının hesabatında 200 manat ianə əldə olunduğu, həmin vəsaitin sərf edildiyi bildirilir.

Müstəqil Xalq Partiyasının hesabatına əsasən, hər hansı gəlir olmayıb, 590 manat xərclənib.

Müsavat Partiyasının hesabatına görə, üzvlük haqqı üzrə 4300 manat əldə edilib, quruma 800 manat ianə gəlib, 5085 manat xərc çəkilib.

Ümid Partiyası heç bir gəliri olmadığını, 206,2 manat xərclədiyini bəyan edib.

Milli İstiqlal Partiyasının hesabatına görə, qurum üzvlük haqqı üzrə 2380 manat gəlir əldə edib, 2515,2 manat xərc çəkib.

Aydınlar Partiyası gəlir əldə etmədiyini, 420,7 manat xərci çıxdığını açıqlayıb.

Parlamentdə təmsil olunan partiyalara dövlət büdcəsindən vəsait ayrılır.

69 deputatı olan Yeni Azərbaycan Partiyası hesabatında gəlirlərini 13 milyon 156,3 min manat göstərir. Rəsmi sənədə görə, bu məbləğin 1 milyon 888,2 min manatı dövlət büdcəsindən köçürülüb, 11 milyon 26,2 min manatı üzvlük haqqından, 219,2 min manatı əmlakdan, 22,5 min manatı başqa gəlirlərdən formalaşıb, partiya 10 milyon 649,5 min manat xərc çəkib.

3 deputatlı Vətəndaş Həmrəyliyi Partiyasının hesabatına görə, qurum dövlət büdcəsindən 256 min 14,7 manat əldə edib. Partiyanın xərcləri 276 min 561,8 manat göstərilir.

1 deputatlı Demokratik İslahatlar Partiyasının hesabatında dövlət büdcəsindən 206 min 283,6 manat vəsait alındığı qeyd edilir. Sənədə görə, partiyanın 209 min 587,9 manat xərci çıxıb.

1 deputatlı Demokratik Maarifçilik Partiyasının hesabatında dövlət büdcəsindən quruma 206 min 283,6 manat ayrıldığı qeyd edilir, xərclər 202 min 745,3 manat göstərilir.

1 deputatlı Böyük Quruluş Partiyasının hesabatına görə, dövlət büdcəsindən 206 min 283,6 manat alınıb, üzvlük haqqı üzrə 115 manat gəlir olub, 195 min 809,9 manat xərclənib.

1 deputatlı Ana Vətən Partiyası dövlət büdcəsindən 206 min 283,9 manat aldığını, 203 min 960,1 manat xərc çəkdiyini bəyan edib.

1 deputatlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının hesabatına görə, dövlət büdcəsindən quruma 206 min 283,6 manat köçürülüb, 206 min 291 manat xərc çıxıb.

1 deputatlı Milli Cəbhə Partiyası bildirib ki, dövlət büdcəsindən 206 min 283,6 manat alıb, 206 min 282,2 manat xərcləyib.

Partiyalar hər il aprelin 1-dək illik maliyyə hesabatı verməyə borcludur.

Qətərə üç bilet qalır

  • 31 Mart 2022
  • comments

Görüş anonsu

  • 31 Mart 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda